Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?

Əlillik pensiyasından yaşa görə pensiyaya keçid: Hansı məbləğ daha sərfəlidir?Əlilliyə görə pensiya alan şəxslər qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatdıqda yaşa görə pensiya hüququ əldə edə bilərlər. Lakin bu zaman pensiyanın necə hesablanması və hansı pensiya növünün vətəndaş üçün daha sərfəli olması məsələsi xüsusi əhəmiyyət daşıyır.
Bəs əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya keçdikdə ödəniş necə müəyyənləşdirilir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyaların hər biri üzrə fərqli hesablanma qaydaları mövcuddur.
Ekspertin sözlərinə görə, vətəndaş qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verdiyi halda bir pensiya növündən digərinə keçə bilər:
"Ümumiyyətlə, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiyaların hər birinin öz sığorta göstəricilərinə əsaslanan hesablanma qaydaları var. Şəxsin bu üç pensiya növündən hər hansı birinə hüququ yaranırsa, qanunvericiliklə nəzərdə tutulan hallarda birindən digərinə keçmək hüququ da mövcuddur".
Asif İbrahimov qeyd edib ki, pensiya növlərinin hesablanma qaydaları fərqli olduğundan, bir pensiya növündən digərinə keçid zamanı şəxsin sığorta göstəriciləri əsasında yeni hesablama aparılmalıdır.
"Əgər şəxs əlilliyə görə pensiya alırsa və yaşa görə pensiyaya keçmək istəyirsə, ilk növbədə yaşa görə pensiyanın məbləği hesablanmalıdır. Əgər yeni hesablanan yaşa görə pensiya əvvəlki pensiyadan çoxdursa, vətəndaş həmin pensiya növünə keçə bilər. Əks halda, daha yüksək məbləğdə olan pensiyanı saxlamaq onun üçün daha sərfəli ola bilər. Buna görə də əvvəlcədən müvafiq hesablama aparılması vacibdir", – deyə ekspert vurğulayıb.
Ekspert pensiyaların indeksləşdirilməsinin də bu məsələdə mühüm rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, pensiya təyin edildikdən sonra növbəti illərdə həyata keçirilən indeksləşdirmələr nəticəsində onun məbləği artır.
"Əvvəllər pensiya təyin olunandan sonra həmin pensiya hər il indeksləşdirilərək artırılır. Əgər şəxs uzun müddətdir əlilliyə görə pensiya alırsa, onun pensiyası da bu müddət ərzində həyata keçirilən indeksləşdirmələr nəticəsində artıb. Şəxs sonradan yaşa görə pensiyaya keçərsə, yeni təyin olunan pensiya da bundan sonrakı indeksləşdirmələrdə nəzərə alınacaq", – deyə Asif İbrahimov bildirib.
O əlavə edib ki, məhz bu səbəbdən uzun müddət əlilliyə görə pensiya alan şəxsin hazırkı pensiya məbləği sonradan hesablanacaq yaşa görə pensiyadan daha yüksək ola bilər.
"Ona görə də pensiya növünün avtomatik şəkildə dəyişdirilməsini məqsədəuyğun hesab etmək olmaz. Əvvəlcə hər iki variant üzrə hesablamanın aparılması və hansı məbləğin daha yüksək olduğunun müəyyənləşdirilməsi lazımdır", – ekspert deyib.
Asif İbrahimovun sözlərinə görə, qanunvericilik vətəndaşın bir pensiya növündən digərinə keçməsinə imkan verir. Burada əsas məsələ şəxsin pensiya hüququnun və hər iki variant üzrə ödəniş məbləğinin düzgün müəyyənləşdirilməsidir.
Beləliklə, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiya hüququ əldə etdikdə onun üçün yeni pensiya məbləği hesablanır. Yeni məbləğ daha yüksək olduğu halda yaşa görə pensiyaya keçmək, əks halda isə daha yüksək məbləğdə olan mövcud pensiyanı saxlamaq daha sərfəli ola bilər. Buna görə də qərar verməzdən əvvəl hər iki pensiya növü üzrə hesablamanın aparılması vacibdir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 23 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq

Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılmas

Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az