"Əliyev Ermənistana maliyyə dəstəyi təklif etdi, mən vasitəçi oldum" - Lukaşenko SİRLƏRİ AÇDI
Belarus prezidenti:"Fransa Ermənistanı çiynində daşımayacaq"
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Belarus prezidenti vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçi rolunu oynamasından danışıb. Bu barədə "BELTA" xəbər verib. Lukaşenkonun sözlərinə görə, İlham Əliyev bir neçə il ərzində sülh yolu ilə nizamlanmaya çağırış etməklə yanaşı, Ermənistan tərəfinə maliyyə dəstəyi də təklif edib: "Mən özüm də bilmədən vasitəçi oldum – Bakıdan İrəvana getdim və bu təklifi çatdırdım. Azərbaycan zəngin ölkədir. Ermənistan iqtisadiyyatına milyardlarla dollara qədər investisiya təklifi vardı… Bu məsələnin sülh yolu ilə həlli üçün çoxlu təkliflər olub".
Lukaşenko deyib ki, Ermənistanın əvvəlki rəhbərliyi sülh yolu ilə nizamlanmaya razı olmayıb və problemli məsələlər yığılıb qalıb: "Bütün bunlar Nikol Vovayeviç Paşinyanın, onun hökumətinin üzərində qalıb. Baş verənlərə görə əslində onun günahı azdır. Amma bu problemi həll etmək lazım idi " deyə, – Belarus dövlətinin başçısı bildirib.
"Yaxşı, biz müharibəni başa vurduq. Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim əzizlərimiz, əziz xalqımızdır. Azərbaycan yad ölkədir? Ona görə də bu vəziyyətə düşdük. KTMT-nin bu münaqişəyə cəlb edilməsi üçün heç bir səbəb yox idi ", – Lukaşenko vurğulayıb.
O, bu mövzunun bir neçə dəfə müzakirə olunduğunu və KTMT-nin bütün üzvləri üçün Azərbaycanın xarici ölkə olmadığını qeyd edib: "KTMT-də çoxlu müsəlman ölkələri var. Bunu siz də başa düşürsünüz. Bu qismən müvafiq mövqedir. Üçüncüsü, bizim Ermənistan özü Azərbaycanla arasındakı müharibəyə qarışmağımızı istəyirdimi? Hesab edirəm ki, Azərbaycan və Ermənistan, təəssüf ki, müharibə yolu ilə sonda məsələnin düzgün həllinə gəliblər".
Lukaşenko Ermənistanın Fransa ilə əlaqələrinə də işarə edib: "Onlar hər zaman orada, Fransada Emmanuel Makronla əlaqə saxlayırlar. Sonrakı bəyanatlar vardı: Fransa hava hücumundan müdafiə sistemləri, hərbi sahədə və iqtisadiyyatda Ermənistana kömək edəcək, ümumiyyətlə, İrəvanı çiyninə alıb daşıyacaq… Heç kim heç kimi çynində daşımayacaq. Fransada baş verənləri görürsüz. Ona görə də İrəvandakı siyasətçilər ayılmalı və insanların dediyi kimi, sahib olduqlarını da itirməməlidirlər".//Musavat.com / konkret.az
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var