Əliyevin İrəvan çıxışı: Sülh gündəliyi və dəyişən regional balans

Əliyevin İrəvan çıxışı: Sülh gündəliyi və dəyişən regional balansAvropa Siyasi Birliyinin İrəvanda keçirilən Zirvə toplantısında Prezident İlham Əliyevin videobağlantı vasitəsilə iştirakı təkcə diplomatik protokol deyil və regionda formalaşan yeni siyasi reallığın simvolik təsdiqidir. Azərbaycan liderinin ilk dəfə Ermənistanda təşkil olunan beynəlxalq platformada çıxış etməsi həm siyasi, həm də psixoloji baxımdan mühüm məqamdır.
Çıxışın əsas xəttini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişi istiqamətində aparılan danışıqlar və regionda uzunmüddətli sabitliyin təmin olunması təşkil edir. Prezident Əliyevin Avropa təsisatlarının müəyyən dairələrinin prosesə yanaşmasını açıq şəkildə tənqid etməsi diqqətçəkəndir. Xüsusilə Avropa Parlamenti və AŞPA-nın qəbul etdiyi bəzi qərarların sülh prosesinə xidmət etmədiyi mesajı verildi.
Azərbaycan Prezidentinin çıxışında vurğuladığı əsas siyasi xətt ondan ibarətdir ki, regionda yaranmış yeni status artıq dəyişməz reallıqdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, Qarabağ məsələsinin hərbi-siyasi müstəvidə bağlanması və separatizmin aradan qaldırılması fonunda əvvəlki dövrün siyasi tezislərinin aktuallığını itirdiyi nümayiş etdirildi.
Ən vacib detal isə bu fikirlərin məhz İrəvanda keçirilən tədbirdə səsləndirilməsi idi. Bu, həm də uzun illər region siyasətində formalaşdırılmış miflərin artıq beynəlxalq platformalarda belə əvvəlki təsir gücünə malik olmadığını göstərdi.
Digər mühüm nüans isə sülh gündəliyi ilə bağlı idi. Prezident Əliyevin Azərbaycanın sülh danışıqlarına sadiq qaldığını xüsusi vurğulaması regiondakı siyasi proseslər baxımından yeni dinamika yaradır.
Çünki Ermənistanda daxili siyasi mübarizənin əsas mövzularından biri məhz hakimiyyətin sülh strategiyasıdır. Müxalif qüvvələr uzun müddətdir rəsmi İrəvanın siyasətinin nəticə vermədiyini və Azərbaycanın konstruktiv mövqe nümayiş etdirmədiyini iddia etməyə çalışır.
Azərbaycan liderinin beynəlxalq platformada verdiyi mesaj bu arqumentləri darmadağın etdi. Xüsusən də bunun İrəvanda keçirilən tədbirdə baş verməsi Ermənistan hakimiyyəti üçün əlavə siyasi üstünlük elementidie. Paşinyan hakimiyyəti üçün əsas məsələ beynəlxalq auditoriyaya və daxili ictimai rəyə sülh prosesinin tam dalana dirənmədiyini göstərməkdir.
Baş verənlər onu göstərir ki, Cənubi Qafqazda artıq yeni mərhələ başlayıb. Bu mərhələdə əsas mübarizə hərbi meydanda deyil, siyasi və diplomatik platformalarda aparılır. İrəvandakı çıxış isə Azərbaycanın regional gündəliyi müəyyən edən ölkə olduğunu bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.
Azər Niftiyev / azxeber.com

Siyasi       Tarix: 05 may 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident 'Rebuild Karabakh' sərgisinin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. xəbər verir ki, dövlət başçısının müraciət

Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA

"Ermənistanın keçmiş rəhbərliyi hərbi cinayətlərdə və terror hadisələrində iştirakına görə daha ciddi məsuliyyət daşıyır, lakin beynəlxalq ictimaiyyət bu məsələdə susqunluq nümayiş etdirir". Bu sözləri politolo

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır. KONKRET. -a istinadla xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib. "Bu yaxınlard

İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı müraciətində qey

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib. xəbər verir ki, bu barədə nazir "X" sosia

"Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas prinsipləri haqqında fikirlərini açıqlayıb. . Bu barədə o, sosial şəbəkə hesablarında canlı yayım zamanı danışıb. Paşinyan bildirib ki, sülh sazişinin imzalanmas

ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır

Çin və ABŞ-ın bir-biri ilə normal münasibətlər qurması və strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərə keçməsi üçün təxminən on il və ya daha çox vaxt tələb oluna bilər. xəbər verir ki, bunu Çinin Vaşinqtondak

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyin

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri

 Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İlin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmləni


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu sonxabar az apa.az xeberler cəbhədən ən son xəbər