Elvin Cəfərquliyev davadan danışdı: "Üzümə zərbə endirdi"

Elvin Cəfərquliyev davadan danışdı: "Mən oraya gedəndə mübahisə düşmüşdü, aralamağa çalışanda Felipe Santos üzümə zərbə endirdi. Mən də yerə yıxıldım".
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra "Teleqraf"a açıqlamasında deyib.
25 yaşlı müdafiəçi matçın 82-ci dəqiqəsində rəqib hücumçu Felipe Santosla aralarında yaranan mübahisədən və baş hakim Kamal Umudlunun ona qırmızı vərəqə göstərməməsinin səbəbindən danışıb:
"Düşünürəm ki, oyun maraqlı keçdi. "Araz-Naxçıvan"ın gücünü bilirdik. Çox yaxşı futbol oynayırlar, keyfiyyətli futbolçuları var. İki fərqli hissə izlədik. İkinci hissədə öz oyunumuzu ortaya qoyduq. Mübahisə epiozodunda mən tərəfdən heç bir kobudluq olmamışdı. Məqsədim dalaşanları uzaqlaşdırmaq idi, başqa niyyətim yox idi. Meydanda yaranan davanın səbəbini bilmirəm. Baş verənlərdən xəbərim yox idi. Əsas odur, qələbə qazandıq. Növbəti oyunlara hazırlaşacağıq".
Qeyd edək ki, "köhlən atlar" 26 oyundan sonra 63 xalla turnir cədvəlinin liderdir. Ağdamlıların ən yaxın qonşusu "Zirə" ilə aralarında 15 xallıq fərq var.

İdman       Tarix: 10 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər