Elvin Santuşun gedişindən danışdı: Uşaqlarla yığışdıq
Düşünürəm, ən azından bu heç-heçəyə layiq idik. Hamı sevinir, Ukraynadan bir xal qoparmışıqsa, bunun özü də böyük şeydir.
KONKRET.azteleqraf-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyunu barədə danışarkən deyib.
O, qazanılan ilk xalı belə şərh edib:
"Rəqibi analiz etmişdik, güclü tərəflərini bilirdik. Şükür ki, azarkeşlərin önündə məğlub olmadıq. Azarkeşlərimizi təbrik edirəm. Oyun bərabərliklə başa çatdı. Çox yorğunuq. İslandiya səfərindən komanda olaraq yorğun gəldik. Ağır məğlubiyyət yaşadıq, buna görə çox üzülmüşdük. Psixoloji olaraq düzəlməli, özümüzü oyuna hazırlamalı idik. Ayxan müəllim sağ olsun ki, bizə həm psixoloji, həm də taktiki baxımdan çox kömək oldu. Mənə asan idi, çünki Ayxan Abbasovun rəhbərliyi altında oynamışam. Ayxan müəllim bizə çox motivasiya verdi. Oyundan öncə bizimlə danışdı. Düşünürəm, nəticə göz önündədir".
E. Cəfərquliyev Fernandu Santuşun gedişindən sonra komandadakı ab-havanı belə izah edib:
"Özümüz uşaqlarla yığışdıq, danışdıq. Həqiqətən də vəziyyətimiz ağır idi. Düşünürəm, yaxşı oynadıq. Toparlandıq. Ani baş məşqçi dəyişikliyi çox da təsirini göstərmədi. Qarşıdakı oyunlarda əlimizdən gələni edəcəyik. Sadəcə buna söz verə bilərəm".
Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü 1:1 hesabı ilə bitib.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub