Elza Seyidcahan: 'O evi götürməyə utanardım

Elza Seyidcahan: 'O evi götürməyə utanardımAzərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub. Həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır.
azxeber.com xəbər verir ki, Bəstəkarlar və Yazıçılar Birliyinin üzvü, Əməkdar artist Elza Seyidcahan bu məsələdən bixəbər olduğunu bildirib:
"Bu xəbəri ilk dəfə bu gün eşitdim. Çox gözəl təşəbbüsdür. Buna görə isə təbii ki, Yazıçılar Birliyində çalışan hər birimiz cənab Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı bildiririk. Bu bizim yaradıcılığımıza verilən böyük dəyər və qiymətdir".
Seyidcahan adının bu siyahıda olduğu halda evdən imtina edəcəyini vurğulayıb:
"Düzdür, adım bu 21 nəfərin içində olmasa da, ev alan hər bir AYB ailəsinin üzvünə təşəkkürümü bildirirəm. Düşünürəm ki, əgər adım bu siyahıda olsaydı, mən o evi qəbul etməzdim. Baxmayaraq ki, hamı bilir ki, mənim də evə ehtiyacım var. Çünki AYB-yə yenicə üzv olmuşam. Mən o evi burada çalışan və illərlə külüng vuran digər sənətkarlara bağışlayardım. O evi götürməyə utanardım... Çox istərdim ki, Bəstəkarlar İttifaqının üzvlərinə də ev verilsin. Təbii ki, o ittifaqdan mənə ev verilsəydi, məmnunniyyətlə götürərdim, çünki artıq uzun illərdir ki, oranın üzvüyəm".
Aysel

Şou Biznes       Tarix: 21 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir

Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb. -a istinadə

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

Orhan Gencebaydan miras açıqlaması: "Ailəm üçün canımı verərəm

Türkiyəli ustad sənətçi Orhan Gencebay Kadir İnanırın mirasını həyat yoldaşı Jülide Kural-a vəsiyyət etməsi ətrafında yaranan müzakirələrə münasibət bildirib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sabah"

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler dunya xeberleri xabar az gunun xeberleri