Elza Seyidcahanın maşınının əlindən alınması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Elza Seyidcahanın maşınının əlindən alınması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİBElza Seyidcahanın maşınının əlindən alınması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
"Yol hərəkəti qaydalarının pozulmasına görə, tərtib olunan cərimələrin ödənişində şərtlər var. Belə ki, cərimə tərtib olunduqdan sonra 10 gün ərzində ödənərsə, 10 faiz güzəşt edilir. Yəni, 50 manatlıq cərimə üçün bu zaman 45 manat ödənilir. Tərtib olunandan sonra 1 ayın tamamına qədər heç bir faiz gəlmir. Belə ki, 50 manat cərimə varsa, elə o qədər də ödənilir. Birinci ayın tamamından sonra isə, hər ötən gün üçün cərimənin 1 faiz məbləğində dəbbə pulu gəlir".
Bunu Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtləri ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, ikinci ayın tamamında avtomobilin saxlanılması üçün bu sistem avtomatik olaraq qərar qəbul edir:
"Artıq üçüncü ayın tamamından sonra cəriməni ödəməyən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsi ilə barəsində açılmış protokol məhkəməyə təqdim olunur və məhkəmədə sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilə bilər. Sürücünün "pulum yoxdur" kimi ifadələrin işlətməsi ona hüquq qazandırmır. Belə ifadə cərimənin ödənilməməsi üçün tutarlı arqument deyil. Cərimə olunmamaq üçün qaydalara riayət etmək lazımdır. Kimliyindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir".
Araz Əsgərli yol polisi əməkdaşlarının müğənni Elza Seyidcahana qeyd olunanları izah etməklə yanaşı, onu öz avtomobillərində ATV kanalında gedən "Günün Sədası" proqramına şəxsən apardıqlarını da diqqətə çatdırıb:
"Sənətçinin çəkilişə gecikməsi nəzərə alınıb və DYP əməkdaşları sənətçinin yüklərinə qədər ona zəruri köməkliyi göstəriblər. Təəssüf ki, müğənninin yol hərəkəti qaydalarının pozulmasına görə, ödənilməmiş müəyyən məbləğdə cərimələri də var".
Qeyd edək ki, müğənninin 2 000 manata yaxın ödənilməmiş borcu olduğuna dair məlumatlar da paylaşılır.
17:56
Əməkdar artist Elza Seyidcahanın maşını cərimə meydançasına aparılıb.
Müğənni Lent.az-a açıqlamasında bu faktı təsdiqləyib.
O bildirib ki, vaxtında cəriməni ödəmədiyi üçün maşını hələ də cərimə meydançasındadır:
"Bu gün səhər verilişə gedirdim. Maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi, vaxtında ödəmədiyimdən üst-üstə yığılır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik".
Qeyd edək ki, Elza Seyidcahan mətbuata açıqlamasında bildirib ki, onun 5 min manata yaxın cəriməsi var və maddi səbəblərə görə ödəyə bilmir.
Könül Cəfərli

Şou Biznes       Tarix: 02 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Asya Əlizadənin 5 il həbsi istənilir

Azərbaycanlı reper Asya Əlizadə, türkiyəli reper Lvbel C5 və bəstəkar Can Akdoğan barəsində 5 ilədək həbs cəzası tələb olunub. Üç nəfər haqqında hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib. Axşam.az-a istinadə

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Tanınmış aktyor bütün əmlakını övladlarına verdi: "İndi mülküm yoxdur

Türkiyəli tanınmış aktyor Tarık Papuççuoğlu bütün əmlakını övladlarına verdiyini açıqlayıb. Sənətçi hazırda Bodrumda bir şirkətin qonaq evində yaşadığını bildirib. Bu barədə "Habertürk" məlumat yayıb. "Haya


yeni xeberler azerbaycan xeberleri son xeberler hava cebheden xeber iqtisadiyyat xeberleri bugun xabar az