Ən çətin səfər - Bu gün "Qarabağ"ı nə gözləyir?

Ən çətin səfər - Bu gün "Bu gün Azərbaycan futbolunun böyüyü – "Qarabağ" yenilənmiş Avropa Liqasının əsas (köhnə qrup) mərhələsində ilk matçına çıxacaq. "Tottenhem Hotspur Steydium"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu fransalı hakim Villi Delajod idarə edəcək. Stenoqramlıq məlumatlar bu qədər".
KONKRET.az xəbər verir ki, bunu idman jurnalisti Kənan Məstəliyev vurğulayıb:
O, İngiltərə səfərinin "Qarabağ" üçün olduqca çətin olacağını qeyd edib:
"Adətən avrokubok matçları haqda fikir bildirəndə sözümüzə "çətin olacaq"la başlayırıq. Bütün səfərlər, bütün rəqiblər çətin olur. Amma bu dəfə bu çətinlik realdı, aşkardı. Komanda nəhəng "Tottenhem"lə səfər matçına çıxır. İngiltərənin adlı-sanlı, köklü, həmişə liderlər qrupunda olmuş, çox da uzaq olmayan gələcəkdə Çempionlar Liqasının finalına qədər irəliləmiş bir komandadan söhbət gedir. Premyer Liqanın necə güclü olduğu, buradakı sürətin, intensivliyin hansı səviyyədə olduğu, rəqabət, gərginlik, fiziki və atletik hazırlıq baxımından digərlərindən necə aşkar fərqləndiyi barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Bunu özünüz də bilirsiz. Yəni, həqiqətən çətin olacaq".
Mütəxəssis bildirib ki, bukmekerlər turnirdə çempionluğa ən real namizəd "Tottenhem"i görürlər:
"Çətin olacaq" sözünü deməyə əsas verən başqa amilə də baxaq. Bütün bukmekerlər Avropa Liqasının qalibi olmağa ən real namizəd olaraq məhz "Tottenhem"i görür. Buna verilən əmsal 5.50-di, daha sonra "Mançester Yunayted" (6.00), "Roma" (9.00), "Real Sosyedad" (12.00), "Atletik" və "Porto" (hər ikisi 13.00) gəlir. Bukmekerlərin proqnozları isə havadan-sudan verilmir, reallığa ən yaxın variant irəli sürülür. Avstraliyalı Ante Postekoğlunun yetirmələri heyət olaraq çox ciddi adlara malikdilər, yayda Solanke, Berqval və Qreyi də əlavə edərək güclərinə güc qatıblar. "Transfermarkt"a görə hazırda Şimali London təmsilçisinin heyət qiyməti 768 milyon avrodu. "Qarabağ"da isə bu rəqəm 20 milyondu. "Tottenhem"in heyətində ayrı-ayrılıqda ağdamlıların toplam bazar qiymətindən bahalı olan 17 futbolçu var. 70 milyonluq Medison, 65 milyonluq Romero, 55 milyonluq Van De Ven, 35 milyonluq Bissuma və başqaları (Porro, Son, Kulusevski, Sarr, Udogi və s.). Adları oxuyanda belə adam narahat olmağa başlayır. Bu qədər "qorxutma" yetərlidi. Sonunda Avropa Liqasında oynayırsa, deməli "Tottenhem" də ideal deyil, boşluqları var. Kağız üzərində rəqib bizdən bir neçə baş üstün olsa da, futbol kağız yox, yaşıl meydança da oynanılır. Orda isə hər şey ola bilər".
Yazıda oyunla bağlı bəzi detallar qeyd edib:
"Keçək detallara. Etiraf edim ki, sırf "Tottenhem"i mütəmadi izləmirəm, yalnız müəyyən icmallar, uzaqbaşı bir matçını tam izləmək imkanım olub. Amma müəyyən bilgilərimiz var ki, onları da sizinlə bölüşmək istəyirəm. Postekoğlu komandasını meydana adətən 4-3-3 düzülüşü ilə çıxarır. Standart düzülüşdü, heç vaxt dəyişmir, bu mövsüm Premyer Liqada ancaq bu düzülüşdə oynayıblar. Qapıda Vikario durur, müdafiənin mərkəzində Romero və Van de Ven, sağda Porro, solda Udogi oynayır. Dayaqda Bissumadı, bəzən onu bu nöqtədə Bentankur əvəzləyir. Orta xətdəki digər iki nəfər Medison və Kulusevskidi (onun əsas əvəzləyicisi isə Sarrdı). Hücum xəttində isə Son solda, Conson sağda, mərkəzdə isə Solanke oynayır. Bu standart əsas heyətdi, rəqibə, gedişata uyğun olaraq müəyyən dəyişikliklər edilə bilər. Əsas sual odu ki, "Qarabağ"a qarşı məhz bu heyət oynayacaqmı? Məncə, yox. Çünki baş məşqçi Postekoğlunun da, kapitan Xon Min Sonun da oyunöncəsi mətbuat konfransındakı dediklərindən başa düşmək olar ki, londonlular rotasiyaya gedəcəklər. Onlar üçün Avropa Liqası xüsusi əhəmiyyət daşıyan turnir deyil, Premyer Liqaya da o qədər uğurlu start verməyiblər, 5 turda cəmi 7 xal qazanıblar, həftəsonu da tam eyni durumda olan "Mançester Yunayted"lə səfər oyununa yollanacaqlar. Yəni fikirləri daha çox daxildədi, nəinki Avropada. "Tottenhem"in nisbi 2-ci heyəti zəifdimi? Yox. Birmənalı şəkildə yox. Əksinə, onların özlərini göstərmək üçün ideal bir şans yaranıb, öz azarkeşləri önündə "Qarabağ"ı yenmək onlar üçün əlavə bir stimul rolunu oynayacaq. Ona görə də gedişatdan asılı olmayaraq 90 dəqiqənin tamamında meydanda təslim olmayan "Spörz" görəcəyik. Buna şübhə yoxdur".
Müəllif yazıqda komandanın fəlsəfəsinin məhz pressinq üzərində qurulduğunu paylaşıb:
"Oyun tərzinə gəlincə, "Tottenhem" hücum komandasıdır. Bunu iki cür edirlər: topu özündə saxlamaq və sürəti artırmaq, həmçinin böyük pressinq. Pressinqdə çox güclüdülər, bütün fəlsəfələri məhz pressinq üzərində qurulub. Rəqiblərini təzyiq altında saxlamağa, bu zaman əldə etdikləri şanslardan yararlanmağa, nəticəyə bu yolla çatmağa çalışırlar. Demək olmaz ki, yüksək məhsuldarlıq nümayiş etdirirlər, ancaq yetərincə şans qazana bilirlər. Hücuma bütün komanda aludədi. Məsələn, cinah müdafiəçilərini müdafiədən çox hücumda görmək olur. Udogi də, Porro da həm yanlarda, həm də orta xəttin ortasında ola, müxtəlif kombinasiyaların qurulmasında iştirak edə bilirlər. Hətta matçların birində onların rəqib cərimə meydançasının önündə toqquşduğu epizodu da yaşanmış, bu xeyli müzakirə olunmuşdu. Bütün bu hücum çalışmaları müdafiədə ciddi boşluqların verilməsinə gətirib çıxarır ki, "Qarabağ"ın yeganə ümid yeri məhz budu. Qapı ilə mərkəz müdafiəçiləri arasındakı böyük məsafə ciddi problemə çevrilir. "Tottenhem" öz müdafiəsinin arxasına atılan uzun ötürmələrə qarşı xüsusi bir plana malik deyil. Yeganə plan Romero və de Ven kimi yüksək səviyyəli müdafiəçilərin çalışqanlığı və qeyd edilən yüksək səviyyəsi, təcrübəsidi".
Məstəliyev komandamızın nə etməli olduğunu da bəyan edib:
"Qarabağ" nə etməlidi? Əslində, çox sadə mexanizmin işə düşməsi lazımdır: dərin müdafiəyə oturmaq və şans gözləmək. Son illərin "Qarabağ"ını pressinq edən, rəqibini təzyiq altında saxlayan, xoşbəxtliyi hücumda axtaran bir komanda kimi xarakterizə edə bilərik. Ancaq bu dəfə bu həm alınmayacaq, həm də buna ehtiyac yoxdu. Hətta təmsilçimiz ilk 15-20 dəqiqədə nəsə etməyə çalışıb 1 qol vursa belə, buna sərf olunan enerji matçın 60-cı dəqiqəsindən sonra "ortaya çıxacaq" və meydan sahibləri sakitcə oyunu "həll edəcəklər". Ona görə də startda böyük güc sərfiyyatına ehtiyac yoxdu. Qurban Qurbanovun yetirmələri müdafiəyə daha çox diqqət yetirməli, təmkinli olmalı, top özlərində olarkən onu qısa paslarla meydanboyu "gəzdirməyə" çalışmalıdı. Belədə rəqibin arxa xəttindəki boşluqlar görünəcək və müdafiənin arxasına atılan uzun ötürmələrlə qapıçı ilə görüşə göndərilən Juninyonun sürəti və qolçuluq bacarığına ümid ediləcək. Başqa yol yoxdur. Ən azından mən görmürəm. Bəxtimiz də gətirməlidi. Belə matçlarda bizim kimi komandaların çox şansları olmur, öz qapılarında da rəqibə xeyli şans verirlər. Ona görə də bəxt yanımızda olmalı, bizim vurduqlarımız maksimum qol olmalı, onların vurduqları mümkün qədər hədəfdən yan keçməlidir. "Qarabağ" Azərbaycan futbolunun yeganə ümid yeri, bizi dəfələrlə sevindirmiş, Avropada layiqli çıxışı ilə fərəhləndirmiş komandadı. Axşamkı matçda alınacaq (hətta böyükhesablı) məğlubiyyət də Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivi bizim gözümüzdən salmayacaq. Görsək ki, futbolçular bacarıqlarının maksimumunu ortaya qoyublar, nəticə ikinci plana keçəcək. Ona görə də, "Qarabağ"ın döyüşməsi, mübarizə sona qədər dayandırmaması lazımdı. Qalanı təfərrüatdır".
Orxan,
KONKRET.az

İdman       Tarix: 26 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag cəbhədən xəbər xabarlar cəbhədən xəbərlər