Ən çox qazanan idmançıların SİYAHISI
"Forbes" ən çox qazanan idmançıların siyahısını açıqlayıb.
KONKRET.az xəbər verir ki, cədvələ PSJ-nin futbolçusu Lionel Messi başçılıq edir.
35 yaşlı argentinalının son 12 ayda gəliri 130 milyon dollar təşkil edib. Messi avadanlıq və içki istehsalçıları ilə də əməkdaşlıq edir. O, 2013-cü ildən bəri ilk dəfə meydandan kənarda Kriştiano Ronaldo (55 milyon dollar) qədər qazanc götürüb.
Reytinqdə ikinci yerdə MBA klubu "Los Anceles Leykers"in basketbolçusu Lebron Ceyms (121,2 milyon) qərarlaşıb ki, onun yalnız maaşı 41,2 milyondur. Ceyms ötən ilin oktyabrında "SpringHill" media şirkətindəki payını satıb. Siyahının ilk üçlüyünü "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo (115 milyon, maaş – 60 milyon) qapayıb. Portuqaliyalının bir neçə böyük reklam müqaviləsi var və o, həm də restoranlar şəbəkəsinin ortaq sahibidir.
1. Lionel Messi (futbolçu) – 130 milyon dollar
2. Lebron Ceyms (basketbolçu) – 121,2 milyon
3. Kriştiano Ronaldo (futbolçu) – 115 milyon
4. Neymar (futbolçu) – 95 milyon
5. Stiven Karri (basketbolçu) – 92,8 milyon
6. Kevin Dyurant (basketbolçu) – 92,1 milyon
7. Roje Federer (tennisçi) – 90,7 milyon
8. Saul Alvares (boksçu) – 90 milyon
9. Tom Bredi (amerikan futbolçusu) – 83,9 milyon
10. Yannis Adetokunbo (basketbolçu) – 80,9 milyon).
Reytinqdə idmançıların 2021-ci il mayın 1-dən 2022-ci il mayın 1-dək qazandıqları bütün mükafatlar, maaşlar və bonuslar nəzərə alınıb. MBA oyunçuları və futbolçuların mövsümlük əmək haqları hesablanıb.//Apasport.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var