Ən iddialı Ərdoğandır: Bəs Sülh üzrə Nobel mükafatı üçün Putin nə etməlidir? - ŞƏRH

Ən iddialı Ərdoğandır: Bəs Sülh üzrə Nobel mükafatı üçün Putin nə etməlidir? - ŞƏRHSülh üzrə Nobel mükafatı "millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi, azaldılması, sülh qurultaylarının keçirilməsi, təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" təqdim olunur. İndiyə qədər Nobel Sülh laureatlarının siyahısına baxdıqda isə müəyyən polemikalar yaranır.
KONKRET.azxəbər verir ki, bu mükafat ilk dəfə 1901-ci ildə Frederik Passi və Anri Dünana verilib:
– 1962-ci ildə Laynus Polinq iki dəfə şəriksiz formada bu mükafatı alan yeganə şəxsdir. Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparıb, əsərlər yazıb. Atom bombası isə kütləvi qırğın silahıdır. Yəni əvvəlcə bu sahənin inkişafı üçün əsərlər yazıb, II Dünya savaşından sonra isə sülh könüllüsünə çevrilib. Yəqin Hirosima və Naqasakinin nüvə zərbələrinə məruz qalmasından sonra xəcalət çəkib. Xəcalətinə görə mükafatlandırıblar? ƏIbəttə ki, yox. Adıçəkilən mükafatın təqdimatının kimlərin kurasiyasında olması bəllidir. Odur ki, onlara xidmət göstərənlər Sülh üzrə Nobel laureatı ola bilir;
– 2014-cü ildə mükafatın ən gənc laureatı 17 yaşlı Məlalə Yusəfzay olub. Pakistanlı aktivist xanım qızların təhsili ilə əlaqədar Taliban qadağalarına qarşı çıxıb;
– Mükafatı 1906-cı ildə alan ilk qadın isə Berta Fon Zutnerdir. Yazıçı, jurnalist və passifist – zorakılıq əleyhdarı qadın olub;
– Beynəlxalq Qırmızı Xaç Komitəsi ən çox, yəni 3 dəfə mükafata layiq görülüb;
– Mükafat təqdim olunanda həbsdə olanlar Karl von Ossiyetski, Aun San Su Çji və Lyu Syaobadır. Hamburq doğumlu Ossiyetski Hitleri ifşa etdiyi üçün mükafatı alıb. Lakin sonradan sovet casusu adı ilə həbs olunub və zindanda vərəmə tutularaq ölüb. Aun San Su Çji eks Myanmar lideridir. Hərbi çevrilişdən sonra uzunmüddətli həbs olunub. Cinayətlərinin sayı 19-dur və çoxu korrupsiya ilə bağlıdır. Lakin onun hakimiyyət dövründə – 2017-ci ildə Myanmarda kütləvi müsəlman qırğını törədilib. Bəli, Qərbin demokratiya və sülh institutlarına müsəlman qətliamı sərf edir. Yaxın Şərq və Afrika hərbi əməliyyatları da bunun təsdiqidir. Bəlkə də buna görə Aun San Su Çjiyə Nobel Sülh mükafatı verilib. Lyu Syaoba isə Çində demokratiya tələbkarı, insan hüquqları müdafiəçisi olub. Çin qanunlarını pozduğu üçün həbs olunub. Rəsmi məlumatda belə deyilir.
Yazının bu hissəsində sırf mübahisəli mükafatlara toxunacağıq:
– Teodor Ruzvelt ABŞ prezidenti olub və "Böyük dəyənək siyasəti" onun adı ilə bağlıdır. Bu siyasətin 2 məqsədi olub: Amerika qitəsinin Avropa ölkələrinin üzünə bağlamaq və Latın Amerikasının ABŞ-ın maraq dairəsinə daxil olmasını təmin etmək. Panama kanalına nəzarət onun işğalçı siyasətinin uğurlarından sayılır. Yəni bir ekspansionistin, müstəmləkə siyasətini reallaşdırmaq üçün qırğınlar törətmiş insanın Sülh laureatı olması qədər acı həqiqətlər olan dünyada yaşayırıq;
Bütün siyahını təhlil etsək, belə nümunələr çoxdur. Çünki Ruzvelt Sülh üzrə Nobel laureatlı yeganə ABŞ prezidenti deyil. 1990-cı ildə bu mükafata layiq görülən Mixail Qorbaçovun təkcə azərbaycanlılar bildiyi cinayətləri onun beynəlxalq axtarışa verilməsi üçün kifayət olduğu halda alnı xallı qaniçənə sülh mükafatı verilib. SSRİ-ni dağıtdığı üçün verilib, Almaniya bəhanədir. Çünki onun dosyesi sülhdən daha çox silah, qardaşlıqdan çox müxtəlif millətləri soyqırıma məruz qoymaq faktları ilə doludur.
2009-cu ildə Sülh üzrə Nobel laureatı olan Barak Obamanın 8 illik prezidentliyi İraq,
Əfqanıstan savaşları görüb. Bununla yanaşı:
– Liviyadakı hərbi əməliyyatlar;
– İŞİD ilə mübarizə.
Bütün bu savaşların qurbanı müsəlmanlar olub. Yüzminlərlə insanın ölümü, miqrasiyası ilə nəticələnən əmrləri verən adamın Sülh üzrə Nobel laureatı olması Qərbin yaratdığı iyrənc reallıqlardır.
Sülh mükafatı mövzusuna toxunmağımız səbəbsiz deyil. Pakistan senatı da Türkiyə Prezidenti Ərdoğanın namizədliyini irəli sürüb. Doğrudan da qardaş ölkə liderinin fəaliyyətinə diqqət yetirəndə onun sülh naminə çalışdığı sezilir. Di gəl ki, hazırda Ərdoğanın qalib gəlməsi üçün Ankaranın Moskva və Kiyev arasındakı vasitəçiliyi sülhə nail olmalıdır. Çünki Türkiyə Nobelə görə Egey dənizindən imtina edəsi deyil. Ermənistan ilə Azərbaycan arasındakı barışıq isə ya Rusiya, ya Avropa, ya da Amerikanın vasitəçiliyi ilə baş tutacaq. Bundan başqa, Suriyadakı Bəşər Əsəd rejimi də devrilməyib. Yəni Nobel Sülhü qazanmağın Türkiyə lideri üçün ən optimal variantı Rusiya-Ukrayna savaşında sülhə nail olmaqdır.
Lakin bir əmma var…
Qorbaçov son SSRİ rəhbəri qismində ittifaqı dağıtdığı üçün sözügedən mükafata layiq görülüb. Putin isə ittifaqı bərpa etməklə Sülh üzrə Nobel laureatı olmaq fikrində olana bənzəyir. Bu düşüncədən daşınsa, Federasiyanın respublikalara parçalanması ilə razılaşmasa, amma Donetsk və Luqanskı Ukraynaya qaytarsa, Dnestryanı, Abxaziya və Cənubi Osetiya, "arsax" adlı qondarma niyyətlərindən əl çəksə, mükafat Puitinindir. Odur ki, 2023-cü ilin Nobel Sülh laureatını indidən tapmaq qəlizdir. Çünki bu, özü kimi saxta piarı aparılan Emmanuel Makron da ola bilər.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 05 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes valyuta mezennesi banklar son xeber.az kriminal xeberler