Ən təhlükəli vulkanlardan biri yenidən püskürdü

Ən təhlükəli vulkanlardan biri yenidən püskürdüQvatemalada dünyanın ən aktiv və təhlükəli vulkanlarından sayılan Fuego vulkanı yenidən püskürməyə başlayıb. Güclü vulkanik aktivlik səbəbindən ölkədə narıncı təhlükə səviyyəsi elan olunub, vulkanın yaxınlığında yaşayan sakinlərin təxliyəsinə start verilib.
KONKRET.azqaynarinfo-ya istinadla xəbər verir ki, vulkanın kraterindən lava axınları püskürür, göyə isə kül və tüstüdən ibarət nəhəng sütunlar qalxır.
Hakimiyyət təhlükənin artması ilə əlaqədar ölkə üzrə ikinci ən yüksək xəbərdarlıq səviyyəsini – narıncı təhlükə rejimini tətbiq edib. Eyni zamanda Fuego vulkanının ətəyində yerləşən yaşayış məntəqələrinin sakinləri təhlükəsiz ərazilərə köçürülür.
Fuego vulkanı Syerra-Madre dağ silsiləsində, Qvatemalanın ən məşhur turizm mərkəzlərindən biri olan Antiqva şəhərindən təxminən 16 kilometr qərbdə yerləşir.
Vulkan demək olar ki, fasiləsiz aktivliyi ilə seçilir. Burada hər 15-20 dəqiqədən bir kül və tüstü püskürməsi, eləcə də zəif partlayışlar müşahidə olunur. Lakin iri miqyaslı püskürmələr daha nadir hallarda baş verir. Hazırkı hadisə 2015-ci ildən bəri doqquzuncu, son dörd ildə isə üçüncü güclü püskürmə hesab olunur.
Xatırladaq ki, Fuego vulkanı son illərdə də dağıdıcı püskürmələrlə gündəmə gəlib. 2023-cü ildə baş verən püskürmə zamanı təxminən 1700 nəfər təhlükəli ərazidən təxliyə edilmişdi.
Vulkanın ən faciəli püskürməsi isə 2018-ci ildə qeydə alınıb. Həmin vaxt lava və piroklastik axınlar yaxınlıqdakı yaşayış məntəqələrini bürümüş, nəticədə 215 nəfər həyatını itirmişdi.

Hadisə       Tarix: 05 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən xəbərlər hava haqqinda son xeberler az krimnal bugun