Əraqçi hər şeyi DANIŞDI – Xameneinin ölümü ilə bağlı ELƏ ŞEYLƏR AÇIQLADI Kİ

Əraqçi hər şeyi DANIŞDI – Xameneinin ölümü ilə bağlı ELƏ ŞEYLƏR AÇIQLADI Kİİranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali rəhbərliyinin ən gizli iclasları barədə məlumatların İsrailə ötürüldüyünü etiraf edərək, Tehranın daxilindəki böyük xəyanətə eyham vurub.
O, İsrailin ali rəhbərliyin toplantıları barədə dəqiq məlumatları kəşfiyyat sistemindəki və hələ də aradan qaldırılmayan ciddi sızma sayəsində əldə etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Əraqçının bu sensasion açıqlamalarını İranın "Fars" agentliyi yayıb.
XİN rəhbəri müharibənin başladığı günün (28 fevral) səhəri ali lider Əli Xameneinin iqamətgahında olduğunu açıqlayıb.
Onun sözlərinə görə, səhər saat 08:00 radələrində İran prezidenti ilə görüşərək onu vəziyyətin müharibəyə hazırlıq xarakteri daşıdığı barədə xəbərdar edib.
Daha sonra isə Əraqçi danışıqlar barədə hesabatı təqdim etmək üçün Xameneinin aparat rəhbəri Əli Əsgər Hicazinin yanına yollanıb.
Nazir qeyd edib ki, o, Hicazi ilə gərgin hərbi vəziyyəti müzakirə etdiyi anda ali liderin kompleksi dəhşətli hava zərbəsinə məruz qalıb.
Əraqçi həmin günlərdə İran rəhbərliyinin belə iclaslar keçirməsinin qeyri-adi olmadığını, lakin İsrailin bu görüşlərin dəqiq vaxtı və yeri barədə bu qədər məlumatlı olmasının təhlükəsizlik sistemindəki davam edən boşluqların sübutu olduğunu vurğulayıb:
"Bu, kəşfiyyat məlumatlarının sızmasının nəticəsi idi və görünür, həmin sızma bu gün də tam gücü ilə davam edir".
Xatırladaq ki, İranın ali lideri ayətullah Əli Xamenei fevralın 28-də Tehranda ABŞ və İsrailin birgə hava əməliyyatı nəticəsində həlak olub.
O, İranı 30 ildən artıq bir müddətdə idarə edirdi. Sözügedən hücum zamanı Xamenei ilə birlikdə onun ailə üzvləri (qızı, kürəkəni, gəlini, nəvəsi), eləcə də ölkənin müdafiə naziri Əziz Nasirzadə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur daxil olmaqla bir çox yüksəksəviyyəli dövlət rəsmisi də həlak olub.

Hadisə       Tarix: 20 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri son xeberler 2026 cəbhədən son görüntülər valyuta mezenesi