Türkiyədə maşınla yoxa çıxan 10 yeniyetmə qız tapıldı - Nazir xəbəri prezidentə ağlayaraq çatdırdı
Türkiyədə ekskursiyadan qayıdarkən itkin düşən 10 qız uşağı və onları müşayiət edən 3 nəfər xilas edilib.
KONKRET.az Modern.az-a istinadla xəbər verir ki, Kocaelidən Boluya ekskursiyaya gedən uşaqları daşıyan mikroavtobus geri qayıdarkən Düzcenin Yığılca rayonunda palçığa batıb.
Nəqliyyat vasitəsinin meşəlik ərazidə hərəkətsiz qalmasından sonra sərnişinlərlə əlaqə kəsilib.
Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Son GPS məlumatları əsasında mikroavtobusun yeri müəyyən edilib.
Saatlarla köməksiz vəziyyətdə qalan 13 nəfər xilasetmə qrupları tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Onların səhhətinin yaxşı olduğu bildirilib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın uşaqların sağ-salamat tapılması xəbərini aldığı an kameralara əks olunub.
Sevinc göz yaşlarına hakim ola bilməyən nazir xoş xəbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da çatdırıb.
***09:04
Türkiyədə 10 yeniyetmə qız və üç işçinin olduğu avtomobilin axtarışı aparılır.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bolu vilayətinin Yedigöller rayonunda 14-17 yaş arası qız uşaqları və 3 bələdçinin iştirakı ilə birgünlük təbiət gəzintisi təşkil edilib. Səyahətdən qayıdan zaman avtomobillə əlaqə kəsilib.
Avtomobildən son GPS siqnalı Yedigöller Kapankaya ərazisindən alınıb.
Müvafiq qurumlar dronlarla axtarışları davam etdirir. Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Boluya yola düşüb.

Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Estoniyalı nazir: "Putin müharibəyə son qoya bilər, amma bunu etmir
"Yeni səhifə açdıq" – Estoniyalı nazir Azərbaycana səfərinin məqsədini açıqladı
Pensiyalarla bağlı mühüm açıqlama – Artım belə olacaq
Elçilikdə "yox" dedilər, biədəb şəkillərini qızın atasına göndərdi
42 yaşlı rəis qəfil öldü
"Sabah" - "Barselona" oyununda azarkeşin ölümü: Rusiya səfirliyi hərəkətə keçdi
Türkiyə BU ÖLKƏLƏRLƏ birgə hərbi qərargah yaradır — Detallar açıqlandı
Avropada 1,6 trilyon avroluq büdcə davası – liderlər razılaşa bilmirlər
Azərbaycan - Ermənistan "Sülh körpüsü" dialoqunun beşinci görüşü başa çatdı
"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Mehdiyev evindən çıxan 17 milyondan danışdı: "Pulları öz zəhmətimlə yığmışam
Valeh Ağayev vəfat etdi
Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
57 yaşlı Cennifer Lopez belə formada qalır