Ərdoğan İsrailin yeni səfirinin etimadnaməsini qəbul etdi

Ərdoğan İsrailin yeni səfirinin etimadnaməsini qəbul etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail, Şri Lanka və Ururqvayın yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Ərdoğan İsrailin Türkiyəyə təyin olunan yeni səfiri İrit Lillianın, Şri Lankanın yeni səfir Saranya Hasanthi Urugodawatte Dissanayakenin, Uruqvayın yeni səfiri Hüqo Cayrusun etimadnaməsini qəbul edib.
Vurğulanıb ki, Ərdoğan bu gün Qırğız Respublikasının Türkiyədəki səfiri Ruslan Kazakbaevi də qəbul edəcək.
Xatırladaq ki, oktyabrın 6-da Şakir Özkan Torunlar Türkiyənin İsraildə yeni səfiri təyin edilib.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. Belə ki, Türkiyənin o zamankı Baş naziri R.T.Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilər münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.
2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.
2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub.
Münasibətlərin istiləşməsinin əlaməti olaraq İsrail Prezidenti İsaak Hersoq 2022-ci ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib. Avqustun 17-də isə İsrailin Baş naziri Yair Lapidin ofisi İsrail və Türkiyə arasında diplomatik münasibətləri tam bərpa etmək və səfir təyin etmək barədə qərarı qəbul edildiyini açıqlayıb.
Ərdoğan İsrailin yeni səfirinin etimadnaməsini qəbul etdiReport

Siyasi     Baxılıb: 182   Tarix: 27 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

F-35 qırıcılarının tədricən təhvil veriləcəyinə ümid edirik – Ərdoğan

Türkiyə Trampın prezidentliyi dövründə F-35 qırıcılarının tədricən təhvil veriləcəyinə ümid edir. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib

Fərid Əsgərovun vəzifədə ilk GÖRÜNTÜSÜ - FOTO

Bir neçə gün öncə Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin yeni rəisi təyin edilən Fərid Əsgərov vəzifə başında ilk dəfə görüntülənib. . xəbər verir ki, ötən gün vəzifəyə təyin edilən Fərid Əsgərov Özbəkistan Səfirliyini

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü

Karapetyan həbsxanadan Paşinyana qarşı ÇAĞIRIŞ ETDİ: "Yeni güc ətrafında birləşmək vaxtıdır"

Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxlanılan iş adamı Samvel Karapetyanın müraciətini vəkili Aram Vardevanyan oxuyub. KONKRET.azxəbər verir ki, Karapetyan bildirib ki, son bir neçə gün onun həyatınd

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

İsrail İrana qarşı qeyri-qanuni hücum edib, bu hücum ABŞ tərəfindən dəstəklənib. KONKRET.azxəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib. İran Prezident

Ermənistan Rusiyaya NOTA verdi

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın İrəvandakı səfiri Sergey Kopyorkini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. KONKRET.azxəbər verir ki, buna səbəb Rusiya tərəfdən Ermənistanın son daxili siyasi proseslərin

Deputat Rusiyanın Azərbaycana təzyiqinin səbəbini açıqladı: Onlar istəyir ki

"Əlbəttə ki, Rusiyada Azərbaycanlılara qarşı törədən zorakılıqlar və cinayətlər səbəbsiz deyil. Rusiya bütün hüquqları, hətta Rusiya Federasiyasının özünün belə qanunlarını gözardı edərək, öz vətəndaşı olan, etnik mənsubiyyətç

Rusiyanın yeni "diplomatik dostları": Taliban və Şimali Koreya daxil oldu, Azərbaycan və Ermənistan uzaqlaşır

Euronews nəşri Rusiyanın diplomatik prioritetlərinin dəyişdiyini yazıb. KONKRET.azxəbər verir ki, Moskva getdikcə daha çox avtoritar rejimlərə yönəlir və bunun nəticəsində Taliban, Şimali Koreya və İran Kreml üçün yeni stratej

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: "Mənə dedilər ki..."

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib. KONKRET.azxəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. "Bəzilər


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber son xeberler bugun 2025 azerbaycan xeber.az 2025 xeber az