Ərdoğan: "Silah tacirləri Rusiya-Ukrayna müharibəsindən qazanc əldə etməyə çalışırlar"
Silah tacirləri Rusiya-Ukrayna müharibəsindən qazanc əldə etməyə çalışırlar.
KONKRET.azxəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Dokumapark Müasir İncəsənət Qalereyasında keçirilən "Qadınlarla Böyük Türkiyə Yolunda" proqramında çıxış edərkən bildirib.
Ərdoğan deyib ki, Türkiyə sülhpərvər mövqeyinə görə, hazırda dünyanın diqqət mərkəzindədir: "Dünya Rusiya-Ukrayna müharibəsinə müdaxilə edə bildimi? Xeyr. Onların hamısı silah satıcılarına kömək edir. Dünyanın silah tacirləri harada, necə və nə qazanacaqlar, buna çalışırlar. Biz isə sülhə necə nail ola bilərik, buna çalışırıq".
"Eyni gündə biz həm cənab Putinlə (Rusiya Prezidenti Vladimir Putin – red), həm də Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski – red) ilə telefonla danışdıq. Bu savaşı dayandırmaq, tərəflərin sülhə gəlməsi üçün, nə edə bilərik, bunu öyrənməyə çalışırıq. Bu səmimiyyətlə yolumuza davam edirik. Çünki bilirik ki, dünya yalnız sülh üzərində bərqərar olub", – Türkiyə lideri qeyd edib.//Report

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO