Ərdoğanla görüşə 100 milyardlıq anlaşma ilə gəlir - Türkiyəni SEVİNDİRƏN XƏBƏR

Ərdoğanla görüşə 100 milyardlıq anlaşma ilə gəlir - Türkiyəni SEVİNDİRƏN XƏBƏRBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyan bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək.
Publika.az xəbər verir ki, bu, Rəcəb Tayyib Ərdoğanla Əl Nəhyanın 2012-ci ilin fevralından sonra ilk təkbətək görüşü olacaq.
Türkiyə prezidenti və BƏƏ-nin vəliəhdi mövcud problemləri müzakirə etmək üçün təkbətək görüşəcəklər. Görüş zamanı iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə ediləcək.
Britaniya mətbuatı Nəhyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıracağını yazır. Bu səfərdən əvvəl BƏƏ-nin İqtisadiyyat naziri Abdulla Bin Touq Əl Marri Dubayda keçirilən Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Qarışıq İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin Ticarət naziri Mehmet Muş ilə ikitərəfli görüş keçirmişdi. BƏƏ ilə Türkiyə arasında iqtisadi əlaqələrin güclənməyə davam etdiyini deyən Marri bunun müxtəlif sektorlarda, xüsusilə ticarət və investisiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq üçün böyük imkanlar yaratdığına diqqət çəkmişdi.
Qətər böhranı, 15 iyul dövlət çevrilişi cəhdi və Sedat Pekerin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ilə gərginləşən Türkiyə-BƏƏ münasibətləri Xarici İşlər naziri Mövlud Çavuşoğlunun BƏƏ XİN rəhbəri Abdullah Bin Zayed Əl Nəhyanla telefon danışığı vasitəsilə yumşalmağa doğru gedib. Çavuşoğlu ilə həmkarı arasında keçirilən görüşdə ikitərəfli əlaqələr müzakirə olunub.
Xarici işlər nazirlərinin görüşündən sonra diplomatik gediş Prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 18-də BƏƏ-nin Milli təhlükəsizlik müşaviri Şeyx Tahnun Bin Zayed Əl Nəhyanı qəbul etməsi ilə davam edib.
Türkiyə ilə BƏƏ arasında diplomatiya avqustun 31-də ölkənin faktiki lideri, şahzadə Məhəmməd Bin Zayed Əl Nəhyan ilə telefon danışığı ilə davam edib. Şeyx Tahnunun həm də Əl Nəhyanın qardaşı olması Ərdoğanın təmaslarının əhəmiyyətini ortaya qoymaq baxımından da diqqətçəkəndir.
Akqabay

Dünya       Tarix: 24 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan cəbhədən son durum bugünkü son xəbərlər xeberler azerbaycan