Erməni idmançı Həsənlə döyüşməkdən niyə boyun qaçırmışdı? - Bakıda 4 idmançının döydüyü şəxslə bağlı MARALI FAKTLAR
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə zor tətbiq etdikləri Həsən Əzizovla bağlı maraqlı faktlar məlum olub.
KONKRET.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, Həsən Əzizov Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayır.
44 yaşlı Həsən Əzizov da MMA qaydaları ilə döyüşlərdə iştirak edib. 1996-cı ildə ilk dəfə cüdo ilə məşğul olmağa başlayıb. 2006-cı ildən isə qarışıq döyüş növləri ilə məşğul olub. 2018-ci ildə Ermənistanın MMA döyüşçüsü Lüdvik Şolinyan azərbaycanlı idmançı Həsən Əzizovla döyüşməkdən imtina edib.
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarına əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.
Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.
Hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto