Erməni nəşrindən SENSASİON YAZI: "Paşinyan Əliyevin "Qərbi Azərbaycan" planına xidmət edir"

Erməni nəşrindən SENSASİON YAZI: "Ermənistan Respublikası "Qarabağ hərəkatı" nəticəsində yaranıb. Qarabağ təkcə Ermənistan ərazisi deyil, həm də ER-nin ideoloji dayağıdır. Ermənistan Respublikası Qarabağı müdafiə edirsə legitimdir. Yoxsa missiyası olmayan dövlətimiz olacaq, missiyası olmayan dövlətin də yoxa çıxması an məsələsidir."
KONKRET.azxəbər verir ki, bunu Ermənistanın "7or.am" nəşri yazır.
Nəşr bildirir ki, Ermınistanın legitimliyi 1-ci Qarabağ müharibəsindəki qələbə ilə daha da möhkəmləndi. "Yeni bir missiya doğuldu – bu qələbəni qorumaq və "Artsax"ın beynəlxalq səviyyədə tanınmasına nail olmaq. İndi hər şey demək olar ki, məhv edilib. Nikol Paşinyan prosesi öz sıfır nöqtəsindən başladı və indi o, Artsaxdan imtina edərək Ermıəistanı rəsmən legitimləşdirir.
Siyasi əxlaqsızlığın nəticələri
"Qarabağ da Ermənistan kimi hələ 90-cı illərdə xəyanətə məruz qalıb. Hakimiyyətə gələndən sonra "Qarabağ" adlı komitə üzvlərinin əksəriyyəti 88-ci il hərəkatının ideyalarına xəyanət edərək Ermənistan Respublikasının legitimliyinin əsaslarını şübhə altına aldılar. Həmin andan siyasət əxlaqsızlaşdı. İndi biz siyasi əxlaqsızlığın nəticələrinin şahidi oluruq. Qarabağı yük hesab edənlərin yadigarı 2018-ci ildə hakimiyyətə gəldi və indi "Artsax"ı gümüş nimçədə təhvil verir ki, bunun ardınca Ermənistanın təslim olması qaçılmaz olacaq.
Nikol Ermənistana qarşı
Nəşrdə qeyd olunur ki, 1-ci Qarabağ müharibəsindən sonra erməni xalqı qələbəni puç etməklə məşğul idi, indi buna görə cəzalandırılır.
"Düşmənlərimiz və onların yerli agentləri illərdir içimizdə təbliğat aparırlar ki, Qarabağ Ermənistanın inkişafına mane olur, onu təslim edib yaxşı yaşamaq lazımdır.
Azərbaycanda isə Ermənistanda təbliğ edilən anti-Qarabağ tezisləri ilə paralel olaraq Qarabağın azad edilməsi milli ideyaya çevrilib. Yəni, Qarabağ əsasında formalaşan Ermənistan Qarabağı tərk etdi, Azərbaycan isə Qarabağı millət olmaq koduna, milli birlik koduna çevirdi. Bu kodu həyata keçirmək şansını onlara Nikol Paşinyan verib.
İndi Əliyev artıq "Qərbi Azərbaycan" ideyasını irəli sürür, yəni Ermənistanı ələ keçirmək istəyir. Nikol Paşinyan Türkiyə-Azərbaycan tandeminin arzusudur və onlar öz tarixi şansını əldən vermək istəmirlər.
Nikol Paşinyan Qarabağın Azərbaycana təslim olmasına razılıq verib. Ona görə də Laçın dəhlizi bağlıdır.
Əliyev üçün tarixi fürsət pəncərəsi açılıb. Nikol Paşinyan Ermənistanda hakimiyyətdə qaldıqca "Qərbi Azərbaycan" ideyasını reallaşdırmağa çalışacaq. Azərbaycan da nikolovçuların Ermənistan-Rusiya münasibətlərinin növbəti dəfə korlanmasından və diplomatik müharibə elan etməsindən istifadə etməyə tələsir.
Nikol 2018-ci ildən Qarabağa qarşı işləyir, lakin o, "Artsax Ermənistandır" deyə qışqırıb. Əliyev Nikoldan fərqli olaraq "Qarabağ Azərbaycandır, nida işarəsi" olduğunu bəyan edib. Bu açıqlamaları kimin nə dərəcədə müdafiə etdiyini zaman göstərdi.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 27 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri son xeberler az bu gune olan xeberler son xeber 2026