Erməni politoloq: "Laçın yolu ilə bağlı Ermənistan da Azərbaycanla eyni mövqedədir"
Sülhməramlıların sərt üsullarla yolu açması üçün Ermənistan və Azərbaycan hakimiyyətinin "Qarabağ"ın subyektivliyi ilə bağlı yanaşmalarının bir-birindən fərqli olması lazımdır. Bu gün vəziyyət elədir ki, həm Bakının, həm də İrəvanın bu məsələyə baxışı eynidir.
KONKRET.az xəbər verir ki, bu barədə erməni politoloq Beniamin Matevosyan Facebook səhifəsində yazıb.
"Müxalifətin minimum vəzifəsi rəsmi İrəvandan vəziyyətə birmənalı siyasi qiymət verilməsini tələb etməkdir. Bunun üçün hakimiyyətə təzyiq göstərmək lazımdır" – deyə erməni politoloq bildirib.
"Özünü və cəmiyyəti aldatmağa ehtiyac yoxdur. Bakı təkcə "Dəmirli" mədəni üçün deyil, "Qarabağın dövlətçiliyi"ni dağıtmaq üçün Laçın dəhlizinin 7-ci keçid məntəqəsinə gəlib. "Artsax"da iqtisadi fəaliyyətin aparılması qeyri-mümkün olarsa (qızıl mədənlərinin istismarı Artsax üçün mühüm iqtisadi fəaliyyətdir), o zaman orada yaşamaq qeyri-mümkün olacaq və insanlar kütləvi şəkildə "Artsax"ı tərk edəcəklər. Əgər "Artsax"da ermənilər yoxdursa, deməli, Rusiya sülhməramlıları da olmayacaq. Bundan sonra hər şey ediləcək ki, Ermənistanın özündə də rus qoşunları olmasın" – deyə Beniamin Matevosyan yazıb.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür