Ermənilər Messini Bakıya görə belə cəzalandırdı

Ermənilər Messini Bakıya görə belə cəzalandırdıArgentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messinin Azərbaycana səfəri erməniləri qəzəbləndirib.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, Messi ilə yanaşı dünya ulduzları Luis Suarez, Serxio Buskets və Xordi Albanın Bakıya gəlişi dünya ermənilərinin sərt reaksiyasına səbəb olub.
Amerika Erməni Milli Komitəsi, həmçinin xaricdəki erməni diaspor və lobbisi xüsusilə Messinin səfəri ilə bağlı kampaniya başladıb. Dekabrın 11-də səfərdən dərhal sonra sosial şəbəkələrdə tənqidi paylaşımlar edilib, Bakıya və ulduz futbolçuya qarşı ciddi ittihamlar səsləndirilib.
Messinin ölkəsi Argentinanın Ermənistanla yaxın münasibətləri, qondarma "erməni soyqırımı"nı tanıması, çalışdığı ölkə olan ABŞ-ın da ermənilərə dəstəyi vurğulanıb. İddialara görə, futbolçu bəzi erməni startaplarının investorudur. Paralel şəkildə Azərbaycana gələrək bura haqqında xoş sözlər səsləndirməsi erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.
Hətta komitə və diasporun bağlantılarından istifadə edərək Messinin əməkdaşlıq etdiyi qurumlar, reklam firmaları və futbol klubu ilə əlaqəyə yaratmaq istədikləri deyilir.
Maraqlıdır ki, dekabrın 11-də səfərdən sonra başlayan kampaniya fonunda argentinalı futbolçunun ermənilərlə əlaqəsi və ölkəsinin münasibətləri səbəbindən Azərbaycanla bağlı paylaşım etməyəcəyi gözlənilirdi. Lakin hər şeyə rəğmən Messinin sosial şəbəkə hesablarında post paylaşımı diqqətləri daha çox üzərinə çəkib.
Təhqir və ittiham məzmunlu paylaşımlardan birində Messinin təsvirinin fonunda ermənilərin Laçın yolu ilə Qarabağı tərk etməsi əks olunub.
Ermənilər Messini Bakıya görə belə cəzalandırdı

İdman       Tarix: 13 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri sonxabar az sou xeberler sonxeberler