Ermənilərin YENİ ŞOUSU - Azərbaycan reallığı qarşısında yenə məğlub oldular - NÜANSLAR

Ermənilərin YENİ ŞOUSU - Azərbaycan reallığı qarşısında yenə məğlub oldular - NÜANSLARErmənistan-Rusiya münasibətlərinin kəskinləşməsi regionda qərbyönlü qüvvələrin əl-qolunu açıb. Cənubi Qafqazdan Rusiyanın sıxışdırılmasında maraqlı olan həmin qüvvələr, eyni zamanda, Fransa və Almaniyanın təqaüdə çıxan polislərinin müşahidə missiyasına ümid bağlayırlar. Məsələ isə məcrasından çıxır və Rusiya regionda qalmaq üçün bütün vasitələrdən istifadə edəcək.
Mövzunu KONKRET.az-a şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, Ermənistan Cənubi Qafqazda havadarlarına arxayın olaraq gərginliyi artırır:
Ermənilərin YENİ ŞOUSU - Azərbaycan reallığı qarşısında yenə məğlub oldular - NÜANSLAR"Hər dəfə növbəti təxribatların törədilməsi, Azərbaycana qarşı əsassız ittihamların səsləndirilməsi, Laçinda blokada, Xankəndidə humanitar böhran şousu və bir sıra digər addımlarla Azərbaycana təzyiq göstərmək istəyirdi. Bu və digər proseslər Azərbaycanı lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur etdi. Ermənistanın öz ərazisini siyasi, diplomatik və hərbi plasdarma çevirməsi Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olub. Təbii ki, həmin plasdarmı təşkil edən qüvvələr Rusiyaya qarşı olan qüvvələrdir. Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşməsinin kulminasiya nöqtəsi Nikol Paşinyanın arvadının Ukraynaya humanitar yardım aparması və Ermənistan parlamentində Roma statutunun təsdiqi ilə bağlı prosesin başlanması idi. Ritorika antirusiya xarakteri daşıyır, Rusiyaya qarşı fikirlər səsləndirilir. Artıq Ermənistan hakimiyyəti açıq şəkildə Rusiyanı pisləyir, müttəfiqindən imtina etdiyini bəyan edir, Qərbyönlü siyasət yürüdür. Bu da Rusiyanın təpkisinə səbəb olur, münasibətlərin kəskinləşməsinə gətirib çıxarır və regiondakı proseslərə müsbət nəsə vəd etmir".
Politoloq qeyd edib ki, Azərbaycanın əsas istəyi Cənubi Qafqazda sülhün bərqərar olmasıdır. "Amma hazırkı məqamda görünən odur ki, Ermənistan bunu istəmir və buna qarşıdır. Ermənistan investisiyaların yatırılması ilə bağlı prosesin qarşısını alan bütün addımları atır. Təbii ki, bu da regionda gərginliyi artırır".
Qarabağdan ermənilərin kütləvi köçünə isə Xəyal Bəşirov belə münasibət bildirib: "Ermənilərin Qarabağı kütləvi tərk etməsi Azərbaycanın marağında deyil. İkinci Qarabağ müharibəsi bitən gündən bu günə qədər Prezident İlham Əliyev başda olmaqla, bütün rəsmi şəxslər bildirib ki, həmin insanların Azərbaycan vətəndaşı olması üçün dövlət səviyyəsində təminat verilir. Qarabağ ermənilərinin konstitusion hüquqları, təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən qorunacaq. Bununla bağlı bizim mövqeyimiz bəllidir. Amma təəssüflər olsun ki, bu gün yeni oyunlar qurulur və Azərbaycanın lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsindən sonra guya onların hürkməsi və Azərbaycan ərazisindən çıxarılması ilə bağlı növbəti şou yaradılıb. Bu da təbii ki, Azərbaycanın deyil, həmin məkrli qüvvələrin maraqlarına xidmət edir. İkinci Qarabağ müharibəsindən sonra bizim reinteqrasiya istiqamətində dəfələrlə atdığımız addımlar, dialoq təşkil etməyimiz onu göstərir ki, Azərbaycan birmənalı şəkildə reinteqrasiyanın tərəfdarıdır".
Politoloqun sözlərinə görə, ölkəmiz ermənilərin reinteqrasiyası ilə paralel olaraq Ermənistandan beynəlxalq hüquq çərçivəsində qərbi azərbaycanlılarla dialoq təşkil edilməsini və onların Ermənistan cəmiyyətinə reinteqrasiyasının həyata keçirilməsini də tələb edir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 27 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeberler butun xeberler valyuta mezennesi banklar son xeberler bu gun