"Ermənistan son kapitulyasiyaya məcbur ediləcək" - Erməni politoloqdan AÇIQLAMA

Ermənistanda hökm sürən qeyri-müəyyənlik yeni müstəviyə qədəm qoyub. Qarabağ ətrafında münasibətlərə aydınlıq gəldikcə ermənilər daha da ümidsizləşir. Onilliklər ərzində özlərini qalib xalq sayanlar indi düşdükləri dalandan xilas olmağın yollarını axtarırlar. Dünyadakı dostlar, xaricdəki diaspora daha onlara kömək edə bilmir. Regionda dəyişən geosiyasi vəziyyətlə barışmaq məcburiyyətində qalan erməni siyasi dairələrində də ciddi fikir ayrılıqları var. Politoloqların, siyasi ekspertlərin fərqli analizləri Ermənistanın düşdüyü vəziyyəti aydın əks etdirir. Erməni politoloqlar isə nikbin deyillər. Politoloq Stepan Danielyanın son müsahibəsi də bu qəbildəndir.
Ermənistan mətbuatına geniş müsahibə verən Danielyan daha çox Qarabağ mövzusu ətrafında danışıb.
Politoloq bildirib ki, "Daha əvəlki zaman keçib, köhnə dünyanın nizamı çoxdan dağılıb. İndi regionda mühüm hadisələr baş verir".
Daneliyanın nəyə işarə vurduğu aydındır. Hazırda regionda hadisələrə diqtə edən Azərbaycandır.
Deməli, Azərbaycanın iradəsi regionda mühüm rol oynayır. Bunu anlayan politoloq daha sonra "Yeni dünya düzəninin formalaşması zamanı bütün münaqişələr həll edilməlidir. Həmin münaqişələr arasında Qarabağ məsələsi və Ermənistan-Azərbaycan münasibətləri də var. Qarabağda gedən proseslər aydındır. Rusiya Avropa ilə əlaqəni kəsdiyi üçün Cənubi Qafqazda sülhməramlı kontingetini saxlamaq istəyir ki, bütün mümkün marşrutlara, o cümlədən İranla quru əlaqəsinə nəzarət edə bilsin. Qərb isə öz növbəsində regionda mövcudluğunu təmin etməkdə israrlıdır. Qərb Qarabağda mövcudluğunu təmin etməyə çalışır. Onlar Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək istəyirlər. Əks halda Qarabağda erməni qalmayacaq. Qarabağ tamamilə Azərbaycana keçəcək".
Sabah Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşə toxunan erməni politoloq həmin görüşdən iki mümkün şey gözlədiyini deyir:
"Ermənistan Azərbaycanın bütün tələblərini kağız üzərində qəbul edir və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, anklavların mövcudluğunu qəbul edir. Zəngəzur dəhlizi də mühüm müzakirə mövzusu olacaq. Başqa sözlə, Ermənistan son kapitulyasiyaya məcbur ediləcək.
Digər varianta gəlincə, Ermənistan hakimiyyəti məsələni yenidən uzatmağa çalışacaq. Düşünürəm ki, Qərb də tələsir. Onlar Rusiyanın zəifləməsindən maksimim istifadə edib Ermənistanı yenidən təslim olmağa vadar edəcəklər".
Beləcə, Ermənistan cəmiyyəti ən ağır şərtlərə hazırdır. Son kapitulyasiya ərəfəsində bunu dərk edənlər də başqa çıxış yolunun qalmadığını anlayırlar.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 14 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az xəbərlər son xeberler bugun 2026 azerbaycan valyuta mezenesi