"Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşacağına inanır"
Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına inanır.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, İrəvan diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına ümid edir ki, bu da regional sabitlik və təhlükəsizliyə növbəti töhfə olacaq.
O qeyd edib ki, Ermənistan tərəfi əməli addımlar atmağa davam edəcək, o cümlədən iki ölkə arasında körpünün tikintisi ilə bağlı texniki tələbləri (böyük ehtimalla söhbət Ani körpüsünün tikintisindən gedir – red.) birgə qiymətləndirəcək. O, əmindir ki, razılaşmaların icrası regiona müsbət təsir göstərəcək.
Yada salaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr (Ruben Rubinyan və Serdar Kılıç) təyin ediblər. 2022-ci ilin iyulunda Vyanada sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması və birbaşa hava yüklərinin daşınmasına başlanması barədə razılıq əldə olundu, lakin bu məsələlər hələ də həllini tapmayıb.
Bu ilin iyulunda dəmir yolu sərhəd keçidinin bərpası imkanlarını da müzakirə ediblər./Milli.Az
Turlar.az [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu