Ermənistanda seçki saxtakarlığı: kriminal avtoritetlər də işə qarışıb
Ermənistanın Araqatsotn vilayətinin Aparan icmasında yerli özünüidarə orqanlarına seçkilərdə bir sıra ciddi nöqsanlar aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Artıq səsvermənin başlanmasından təxminən 2 saat sonra seçicilərin şəxsiyyət vəsiqələrindən əlavə arayışla bağlı problemlərinin ortaya çıxması barədə məlumatlar daxil olub.
Məsələn, vətəndaşlardan biri özü ilə hərbi komissarlıqdan qeydiyyat vərəqəsini götürməyi unudaraq pasport qeydiyyatı şöbəsinə getdiyini bildirib. Pasport qeydiyyatı şöbəsinin əməkdaşı həmin şəxsin indiki mer Karen Yeqiazaryanı seçəcəyini bildiyi üçün "Yaxşı, get, bazar ertəsi gələrsən", - deyib.
"Yeri gəlmişkən, qeyd edək ki, şəhərdə çoxlu sayda xüsusi təyinatlı polis bölmələri fəaliyyət göstərir, yəqin ki, yerli özünüidarəetmə orqanlarına son seçkilər zamanı olduğu kimi, hakimiyyət üçün qorxu mühiti səpmək və istənilən nəticəni təmin etmək üçün", - ermənilərin Aravot nəşri yazıb.
Qeyd edilir ki, xüsusi təyinatlıların hazırkı mer Karen Yeqiazaryana məxsus "Qntunik" satış mərkəzində alış-veriş etmələri də simvolik xarakter daşıyır.
Yeri gəlmişkən, Vanadzor meri Aram Xaçatryanın da seçki kampaniyası zamanı xidməti avtomobildən yararlanması barədə ölkə mətbuatında məlumatlar yayılıb.
Eyni zamanda hakim "Vətəndaş müqaviləsi" Partiyasını parlamentdə təmsil edən deputat Rüstəm Bakoyan Tlik icmasının rəhbəri Slavik Saloyanı təhqir edərək hədələyib. İcma da öz namizədi olan Dövlət Dumasının deputatı S.Saloyana təzyiq göstərməyə çalışıb. Bakoyan hətta dəstək üçün kriminal avtoritetlərə müraciət edib.
Qeyd edək ki, bu gün Ermənistanın 7 rayonunda yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Mərkəzi Seçki Kampaniyasının saat 11:00-ə olan məlumatına görə, seicilərin cəmi 6,15 faizi seçkilərdə iştirak edib.
Bütün bunlar seçkilərin qanun pozuntuları, prosesə ciddi müdaxilə şəraitində keçdiyini göstərir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var