Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ
2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib.
Publika.az-ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığı illik məlumatda qeyd edilib ki, həlak olan jurnalistlərdən 33-ü hədəflənmiş hücumlarla qətlə yetirilib.
Nəticədə 1991-ci ildən sonra qətlə yetirilən jurnalistlərin sayı 2 min 721 nəfərə çatıb.
Ötən il Asiya-Sakit Okean zonasında 20, Qərb yarımkürəsində 10, Afrikada 8, Avropada 6 jurnalist qətlə yetirilib.
Yaxın Şərq və Ərəb ölkələrində isə 1 jurnalist qətlə yetirilib.
2021-ci ildə Əfqanıstanda 9 jurnalist qətlə yetirilib ki, bu da Əfqanıstanı jurnalistlər üçün ən təhlükəli ölkə edib.
Jurnalistlərin ən çox qətlə yetirildiyi digər ölkələr Meksika (8), Hindistan (4), Pakistan (3) olub.
Məlumatda qeyd olunub ki, son illər jurnalistlər üçün silahlı münaqişələrdən qaynaqlanan risklər azalsa da cinayətkar dəstələr və Meksikadan Avropa şəhərinin küçələrinədək yayılmış narkotik kartelləri ilə bağlı təhdidlər artmaqdadır və bunlar jurnalistlərə qarşı hədəflənmiş hücumların böyük əksəriyyətini təşkil edirlər.
IJF-in hesablamalarına görə 2020-ci ildə 65 jurnalist qətlə yetirilib. Təşkilatın dünyanın 145 ölkəsindən 600 mindən çox jurnalist üzvü var.
Xatırladaq ki, ötən il iyunun 4-də Azərbaycan Televiziyasının teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) peşə borcunu yerinə yetirmək məqsədi ilə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndinə gedərkən ermənilərin yola yerləşdirdiyi minaya düşərək həlak olub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu