"Ermənistanı KTMT-dən qovmaq lazımdır" - Rusiyadan TƏLƏB

"Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) qovmalıdır".
KONKRET.az xəbər verir ki, rusiyalı politoloq Yuri Svetov belə deyib.
Onun fikrincə, İrəvan Rusiya tərəfinin bu cür davranışa nə qədər dözəcəyini sınayaraq KTMT ilə əməkdaşlıq etmək istəmədiyini dəfələrlə nümayiş etdirib. Svetov xatırladıb ki, Ermənistan əvvəllər öz nümayəndəsini KTMT-yə sədr təyin etməkdən, sonra birgə manevrlər keçirməkdən və təşkilatın büdcəsinin maliyyələşdirilməsindən imtina edib. Politoloqun fikrincə, Ermənistanın hərəkətlər Rusiyanın reaksiyasının sınağıdır.
"Biz Ermənistanı KTMT-dən çıxarmalıyıq. Onlar özlərini belə aparırlar, hesab edirlər ki, KTMT-nin Ermənistana ehtiyacı var", – ekspert deyib.
Onun fikrincə, Rusiya bir neçə kresloda oturmağa can atan və ABŞ-ın ardınca gedən Ermənistana hər şeyi bağışlayır. Bütün bunlar isə onu deməyə əsas verir ki, tezliklə ölkə həqiqətən də KTMT-dən çıxa, ABŞ-la yaxınlaşmağa doğru irəliləyə bilər.
"Gürcüstan bütün bunları Saakaşvilinin dövründə edib. İndi bütün bunlar 20 ildən sonra təkrarlanır və Ermənistan üçün də nəticə eyni olacaq", – deyə Svetov yekunlaşdırıb.
Yada salaq ki, iki gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı və bir daha təşkilata qayıtmayacağını bildirib.
O, bu barədə parlamentdə çıxışı zamanı deyib.
Paşinyan ad çəkmədən bəyan edib ki, Ermənistanın keçmiş hakimiyyəti "köpük ittifaqı"na girib, lakin sonra qurumun Ermənistanı müdafiə etmədiyi üzə çıxıb.
"Çıxacağıq, geri qayıtmayacağıq", – deyə o, zaldan gələn replikalara cavab olaraq bildirib. Maraqlıdır ki, bu bəyanatdan sonra xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. "Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını bəyan etməyib"-Ararat Mirzoyan deyib. O bildirib ki, İrəvanın təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti qərar verəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Paşinyanın bəyanatına münasibət bildirib. O, Rusiyanın İrəvanın KTMT ilə bağlı mövqeyini aydınlaşdırmaq üçün Ermənistanla işləməyə davam edəcəklərini bildirib. "Biz erməni dostlarımızla işi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağıq", – deyə Peskov bildirib. Musavat.com

Siyasi       Tarix: 15 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava haqqinda xeberlər son xeberler bugun 2026 canli