Ermənistanın Vətən müharibəsi zamanı Azərbaycana olan kiberhücumlarının sayı AÇIQLANDI
Bakıda "Beynəlxalq kibertəhlükəsizlik günü"nə həsr olunan tədbir keçirilib.
Azxeber.com "Oxu.az"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, bir sıra ölkələri təmsil edən kiber mütəxəssisləri iştirak edib. Konfransın əsas müzakirə mövzuları Azərbaycan, Türkiyə və İsrail modelləri, dərin müdafiə, kiber hədələrin və risklərin minimallaşdırılması və sairə olub.
Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov çıxışı zamanı 44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına olunan hücumların sayını açıqlayıb. O bildirib ki, Ermənistan tərəfindən 2 678 hücum həyata keçirilib, amma buna baxmayaraq onların hamısının qarşısı uğurla alınıb. İdarə rəisi həmçinin, dövlət qurumlarının informasiya sistemlərinin ildə 2 dəfə yoxlanıldığını deyib.
Konfransada iştirak edən turkiyəli mütəxəssis Səmra Erişkon ölkəsinin təcrübəsindən və kibertəhlükəsizlik sahəsində aparılan işlərdən danışıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu