Ev almaq istəyənlər diqqət - Bu tarixləri gözləyin
Hazırda əmlak bazarındakı vəziyyət və qiymətlər ev almaq istəyənləri fikrə salır. Mənzil almaq üçün indi düzgün vaxtdır, yoxsa gözləmək daha sərfəlidir?
azxeber.com xəbər verir ki, bu barədə "Yeni Sabah"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, mənzil əgər şəxsi istifadə üçündürsə, investisiya məqsədli deyilsə, istənilən anda bazarı təhlil edib müvafiq qərarları qəbul edib mənzil almaq olar:
"Daha uyğun olan dövr noyabr, fevral aylarıdır ki, həmin dövlərdə müəyyən mənada digər dövrlərə nisbətən bazarda aktivlik o qədər də olmur. Bir də təbii ki, yay aylarında, xüsusilə də avqusta qədər olan dövrü əsas qeyd etmək olar. Məsələn, bu ilin bazarında biz bunu görə bildik, kifayət qədər aktivlik olmadığı üçün bazarda bu və digər araşdırma nəticəsində ucuz mənzillər əldə etmək olar".
V.Oruc vurğulayıb ki, tendensiya ümumi olaraq qiymət artımıdır və qiymət artımı il boyu devam edir:
"Gözləməyə gəlincə isə, gözləmək təbii ki, 2-4 ay, təqribən 3 ay müddətində bazarı araşdırıb, həmin araşdırmanın nəticəsinə uygun qərarlar qəbul etmək daha məqsədəuyğundur. Bir də təbii ki, müvafiq sahə ilə məşğul olan ya qiymətləndirici, ya rieltor, ya konsaltinq şirkətlərinə müraciət etmək daha əlverişlidir. Dünya praktikası bunu sübut edir ki, bir çox hallarda insanların özü bu istiqamətdə qərar qəbul edəndə peşəkarlıq olmadığı üçün səhv, yanlış qərarlar qəbul edir".

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü