Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI

Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDIMartın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin itkin düşməsi ilə bağlı xəbərlər sosial mediada geniş yayılmışdı. İlk olaraq, onların evdən qaçdığı və ciddi narahatlıq yarandığı bildirilmişdi. Onlardan ikisi tapılsa da, üçüncünün taleyindən hələ də xəbər yox idi.
KONKRET.az xəbər verir ki, "Teleqraf" məsələ ilə bağlı itkin düşən yeniyetmə X.O-nun anası ilə əlaqə saxlayıb.
O, qızının qaçdığı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib.
Ana söyləyib ki, qızı barəsində yayılan sözlər boş və cəfəngdir.
"Bizdən qisas almaq üçün bu yola əl atılıb. Qızlar bir-birilərini tanımırlar, sadəcə qonşuluqda yaşayırlar. Mənim qızım evdə olub, onlar hara gediblər, bilmirəm, maraqlanmıram da. Qızım yanımda ola-ola onun şəkillərini də yayıblar. Hazırda evdədir, hadisədən sonra polisə apardım ki, övladımın yanımda olduğu barədə onları məlumatlandırım", – deyə ana bildirib.
O, işlərinə görə evdən səhər çıxıb axşam gəldiyini deyərək qeyd edib: "Qızım 7-ci sinifə oxuyur. Mən də müraciət edirəm ki, bunu kim edibsə, özünü yığışdırsın. Bilmirəm nə məqsədlə edilib. Bütün qohumlar gəlib soruşurlar ki, bu nə xəbərdir. Deyirəm uşaq ilk gündən evdədir. Hərə bir şey yazır, məlumatın biri səhvdir, bir düzdür. 13 yaşlı uşağı kim Dubaya apara bilər, onun sənədi yox, şəxsiyyəti vəsiqəsi yox".
Ana əlavə edib ki, qızı idmanla məşğul olur və indidən ali məktəbə hazırlaşır.
"Bir daha deyirəm ki, digər qızların ailəsini tanımıram. Sadəcə, bayram tonqalı ətrafına toplaşıblar. Valideynlərdən biri mənim qızımı da onların yanında görüb. Elə bilib o da digər qızlarla qaçıb. Qeyd etdiyim kimi, əgər qaçıbsa, niyə polis məlumat vermir? Deməli yanımdadır ki, heç bir xəbər çıxmadı", – deyə o söyləyib.
Qeyd edək ki, martın 24-də itkin düşən rəfiqələrdən biri də tapılmışdı.

Hadisə       Tarix: 28 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 xeberler bugun 2026 kriminal bugun enson xeberler