Əvəzedicilər liqası ləğv edilir? - Yenə Qurban Qurbanov etiraz etdi

Əvəzedicilər liqası ləğv edilir? - Yenə Qurban Qurbanov etiraz etdiÖtən gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclası yenə qalmaqallı müzakirələrlə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, bu dəfə əvəzedicilər liqasının ləğvi əsas mövzu olub.
Ümumiyyətlə, bununla bağlı əvvəllər də müzakirələr gedib. Bəzi klublar öncə də əvəzedicilər liqasının ləğv edilməsinə istəyiblər. İcraiyyə Komitəsi isə dünən bu məsələyə yenidən baxıb. Maraqlıdır ki, son qərarın verilməsi  Klublar Komitəsinə həvalə edilib.
Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra əvəzedicilər çempionatının da ləğvi böyük problemlərə yol aça bilər. Çünki yerli futbolçuların əksəriyyəti məhz bu liqada çıxış edirlər. Hansı ki, klublarda əsas heyətə düşməyən oyunçular ikinci komandalarla meydana çıxıb təcrübə qazanırlar. 
Uzun müddət sonra İK iclasına qayıdan Qurban Qurbanov da buna etiraz edib. O, əvəzedicilər liqasının ləğvinin problemlər yaradacağını bildirib. Necə ki, Q.Qurbanov limit ləğv edilərkən də verilən qərardan narazı idi və məhz ondan sonra İK-nın iclaslarına qatılmağı dayandırmışdı.
Əvəzedicilər liqası ləğv edilir? - Yenə Qurban Qurbanov etiraz etdiKlublar Komitəsinin sədri Elçin Usub "Qafqazinfo"ya açıqlamasında əvəzedicilər liqasının ləğvi ilə bağlı səslənən fikirlərə münasibət  bildirib:
"İndiyə olan vəziyyət belədir ki, Klublar Komitəsinə hələ rəsmi müraciət edilməyib. Buna görə də mövzunun konkret nədən ibarət olması hələ məlum deyil. Növbəti iclasın mart ayının 11-i keçirilməsi barədə ilkin razılaşma var. Güman edirəm, gələn həftə konkret mövzu məsələsinə aydınlıq gələcək".
Onun sözlərinə görə, KK-nın 11 dekabrda keçirilən son iclasında Əvəzedicilər liqası ilə bağlı müzakirələr aparılıb:
"Klublar, gələn mövsüm, ümumiyyətlə, bu yarışın keçirilib-keçirilməməsi ilə bağlı məsələyə vaxtında aydınlıq gətirilməsinin zəruriliyini nəzərə alaraq, məsələnin qabaqcadan müzakirə predmeti olmasını istəyiblər. Yadınızdadırsa, cari mövsüm ərəfəsində də bu yarışların keçirilməyəcəyi barədə ciddi müzakirələr aparılırdı və bir çox klublar, o cümlədən, Şamaxı FK-da müvafiq heyətin formalaşdırılmasına yalnız İK-nın iyun ayının sonu qəbul edilən qərarından sonra başladılar. Təbii ki, klubların narahatçılığı başadüşüləndir.  Əgər biz futbola peşəkar yanaşmadan danışırıqsa, bəlli proqnozlaşdırıla bilən mühitin yaradılması da vacibdir".
Maraqlıdır ki, klubların əksəriyyəti isə bu liqanın aradan qaldırılmasına razıdır. Heç bir iddiası olmayan klublar da bunun baş verməsini istəyir. Səbəb isə ora xərclənən pulları əsas komandada rahat-rahat əcnəbi oyunçulara xərcləməkdir.
Əvəzedicilər liqası ləğv edilir? - Yenə Qurban Qurbanov etiraz etdi

İdman       Tarix: 21 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır. xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Mige

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler xeberler bugun 2026 cəbhədən son dəqiqə beynelxalq bank mezenne