"Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik" - Prezident

"İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı. Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib".
azxeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən deyib.
"Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər.
Faciənin baş verməsi, əlbəttə ki, böyük dərddir, həm onun yaxınlarına, həm onu tanıyanlara. Amma təsəlli verən odur ki, o, öz həyatını İran xalqının inkişafına həsr etmişdir. İran dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rolu var idi. Həm Prezident vəzifəsində çalışdığı zaman, həm ondan əvvəlki dövrlərdə o, İran xalqının rifahını yaxşılaşdırmağa çalışırdı və milli maraqların müdafiəsində onun böyük rolu olmuşdur.
Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda.
Əfsuslar olsun ki, gələcək layihələrin icrasını görmək ona nəsib olmadı. Tale ilə hər kəs barışmalıdır. Ancaq yenə də deyirəm, təsəlli verən amil odur ki, öz həyatını İranın inkişafına qurban vermişdir və bizim yaddaşımızda, İran xalqının, Azərbaycan xalqının yaddaşında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqının böyük dostu kimi qalacaq. Bir daha başınız sağ olsun. Allah rəhmət eləsin", - dövlət başçısı qeyd edib.

Siyasi       Tarix: 21 may 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun en son xeberler cəbhədən şad xəbər xabarlar