"Fənərbağça" azarkeşlərinin təxribat planı baş tutmadı
Türkiyənin "Fənərbağça" komandasının azarkeşləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl İngiltərənin "Nottinqem Forest" klubunun tərəfdarlarını psixoloji təzyiq altında saxlamağa cəhd ediblər.
KONKRET.azteleqraf-a istinadən xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma öncəsi "Şükrü Saracoğlu" stadionunda toplaşan yerli fanatlar İngiltərə klubunun keçmiş baş məşqçisi Şon Dayç və əzəli rəqibi "Bornmut"un loqosuna işarə edən bannerlər və şüarlarla rəqibi sarsıtmağa çalışıblar.
Lakin bu təxribat xarakterli hərəkətlər meydanda tam əks effekt verib. Şon Dayçın istefasından cəmi dörd gün sonra baş məşqçi postuna gətirilən Vitor Pereyra "Nottinqem Forest"in "sükanı arxasında" uğurlu debüt edib. Onun rəhbərliyi altında "meşəbəyilər" İngiltərəyə 3:0 hesablı darmadağınla qayıdıb.
Bu, həm də "Nottinqem Forest"in üç oyunluq qələbəsizlik seriyasına son qoyub.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu fevralın 26-da keçiriləcək.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA