"Fənərbağça" doğma meydanda xal itirdi
Futbol üzrə Türkiyə Superliqasında XXI turun oyunları davam edir.
KONKRET.az xəbər verir ki, lider "Fənərbağça" doğma meydanda "Samsunspor"u qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.
Hesabı 12-ci dəqiqədə meydan sahiblərinin heyətində İrfan Can Kahveci açıb. Qonaqlar 63-cü dəqiqədə Emre Kılıncın qolu ilə tarazlığı bərpa ediblər.
Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" evdə "Qaziantep"lə 2:2, "Konyaspor" isə "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb.
Turun mərkəzi matçında bu gün "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olacaq. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" – "İstanbulspor" görüşü ilə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Liderdən 3 xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb