"Fənərbağça" yeni ilə qələbə ilə BAŞLADI
Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir.
KONKRET.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında "Sivasspor" səfərdə "Kayserispor"a 3:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə çempionluğa iddialı "Fənərbağça" rəqib meydanında "İstanbulspor"u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.
Bu qələbədən sonra xallarını 47-yə çatdıran "Fənərbağça" liderliyini davam etdirir. 5 xalı olan "İstanbulspor" isə sonuncu – 18-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Qalatasaray" – "Konyaspor" görüşü ilə yekun vurulacaq.

Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin
Summer challenge 2026 - qeydiyyat uzadıldı
Sorkin: İqtisadi çöküş yaşayacağıq
Mixeil Kavelaşvili İlham Əliyevi təbrik edib
Bu telekanal Elşad Miriyə qadağa qoydu - SƏBƏB
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi
Qurban Bayramında BÖYÜK endirimlər
Əfran İsmayılova yüksək vəzifə verildi
Toral Bayramov "Bursaspor"a transfer oldu - RƏSMİ
İspaniyanın DÇ-2026 üçün heyəti: "Real"dan heç kim yoxdur
Leylan Nəsirovaya yüksək vəzifə verildi
Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvənin vəziyyəti ağırdır
"Ölənə qədər sənə halallıq verməyəcəyəm
Bu balıq xərçəngin düşməni imiş