Fərid Qayıbov pandemiya vaxtı xəstəxanaya çevrilmiş komplekslə tanış oldu
Gənclər və idman naziri Fərid Qayıbov Abşeron rayonunda səfərdə olub.
Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, o, əvvəlcə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə birlikdə Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Daha sonra Xırdalandakı şahmat məktəbinin fəaliyyəti ilə tanışlıq olub. Burada həyata keçirilməsi nəzərdə tutulan təmir işləri barədə nazirə məlumat verilib. Gənc idmançılarla görüşən F. Qayıbov onlarla söhbət edib, hazırlıqları ilə maraqlanıb.
Nazir, həmçinin, Abşeron Olimpiya İdman Kompleksi ilə tanış olub, buradakı məşq zallarına, stadiona və mehmanxanaya baxış keçirib. Qeyd olunub ki, kompleks açılışdan sonra – pandemiya dövründə müvəqqəti olaraq, xəstəxanaya çevrilmişdi. Artıq pandemiyanın zəifləməsi səbəbindən xəstəxana kimi fəaliyyət göstərməyinə ehtiyac qalmadığı üçün Olimpiya İdman Kompleksinin yaxın vaxtlarda yenidən idmançıların istifadəsinə verilməsi nəzərdə tutulub.
İdman bölmələrinin fəaliyyəti ilə maraqlanan F. Qayıbov gənclərin idman məşğələlərinə daha çox cəlb edilməsi, kütləviliyin təmin edilməsi, yığma komandalar üçün təlim-məşq toplanışlarının təşkili üçün federasiyalarla əməkdaşlıq istiqamətində müvafiq tövsiyələr verib.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu