FHN-in İdman-sağlamlıq mərkəzində ilin yekunları müzakirə olundu - FOTO

FHN-in İdman-sağlamlıq mərkəzində ilin yekunları müzakirə olundu - FOTOFövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (İSM) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış nazirliyin struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən Dünya, Avropa çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak edib.
Əvvəlcə, tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra tədbiri giriş sözü ilə açan FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev 2019-cu ildə nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.
Sonra FHN-in İdman-sağlamlıq mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş olunub.
Daha sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə çıxış edərək, klubun işini yüksək qiymətləndirib, kollektivə uğurlar, idmançı-əməkdaşlara yeni nailiyyətlər arzulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək İdman-sağlamlıq mərkəzinin kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda 2019-cu ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İSM-nin təsis etdiyi müvafiq dərəcəli diplom və kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, nazirliyin müvafiq struktur rəhbərliyinə qazanılan yüksək nəticələrə və idmançılara göstərdikləri dəstəyə görə fəxri fərmanlar təqdim edilib. Tədbirdə, həmçinin mətbuat nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlıq və xidmətlərinə görə təltif olunublar. /publika.az

İdman       Tarix: 28 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri kriminal bugun son xeberler 2026 son xeberler bugun