FHN-in idmançıları beynəlxalq yarışlarda mükafat qazandılar - FOTO
31 oktyabr 2019-cu il tarixində İtaliyanın Bari şəhərində parataekvondo üzrə sayca 8-ci Avropa çempionatı keçirilib.
Publika.az xəbər verir ki, 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı, 4 qat Dünya, 2 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İdmançımız 2020-ci ildə keçiriəcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
1-3 noyabr 2019-cu il tarixlərində Makedoniyanın Skope şəhərində keçirilən, 20 ölkədən 1400-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva +55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
12 noyabr 2019-cu il tarixində FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qəbul edərək, onları qazandıqları naliyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb. /publika.az

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır