FHN rəsmisi: Bakıda yataqxanadakı yanğının başvermə səbəbi araşdırılır
Bakının Nərimanov rayonunda yataqxanadakı yanğının başvermə səbəbi araşdırılır.
Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqə sektorunun rəisi Əlibala Əlizadə deyib.
O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakının Nərimanov rayonun Əhməd Rəcəbli küçəsində yerləşən beşmərtəbəli yataqxana tipli binada yanğın baş verməsi barədə məlumat daxil olub:
"Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğın nəticəsində hər mərtəbəsi 860 kvadratmetr olan binanın beşinci mərtəbəsində bir otaq və ümumilikdə altı ədəd 36 kvadratmetrlik eyvan yanıb. Yanğın zamanı xəsarət faktı qeydə alınmayıb. Yanğın tam olaraq söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır".
Sakinlərin sözlərinə görə, binanın üç mərtəbəsində 2 nömrəli peşə məktəbi fəaliyyət göstərib, son dördüncü və beşinci mərtəbələrində isə keçmiş məcburi köçkünlər məskunlaşıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır