FİFA-dan türkiyəli hakimin döyülməsinə reaksiya

FİFA-dan türkiyəli hakimin döyülməsinə reaksiyaFİFA prezidenti Canni İnfantino "Ankaragücü"nün prezidenti Faruk Kocanın "Rizespor"la keçirilən oyundan sonra matçın baş hakimi Halil Umut Meleri vurmasına münasibət bildirib.
KONKRET.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə paylaşım edib:
"Futbolda zorakılığa nə meydanda yer var, nə də onun sərhədlərindən kənarda. "Ankaragücü" – "Rizespor" matçından sonra meydanda yaşananlar qəbuledilməzdir. Bizim idmanda və futbolda bu cür hadisələrə yer yoxdur.
Rəsmi simalar olmadan futbol yoxdur. Hakimlər, oyunçular, azarkeşlər təhlükəsizlikdə olmalıdırlar ki, hamı oyunlardan zövq alsın. Aidiyyəti qurumları bu tələbləri bütün səviyyələrdə nəzarətdə saxlamağa çağırıram".
Qeyd edək ki, Faruk Koca hakim idarəçililiyindən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Faruk Koca isə bu gün saxlanılıb.

İdman       Tarix: 12 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə bu gunun xeberleri şou biznes xəbərləri novruz bayramı