FİFA prezidenti prokurorluqda DİNDİRİLDİ
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı İsveçrə prokurorluğunda dindirilib.
KONKRET.azxəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Bildirilib ki, prokurorlar İnfantinonu yanvarın 10-da dindiriblər.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı, rəsmi sirri pozmaqda və cinayət işinin aparılmasına mane olmaqda ittiham olunur.
Xatırladaq ki, İsveçrə prokurorları 2020-ci ilin iyulunda İnfantino, eləcə də keçmiş federal prokuror Maykl Lauberə qarşı iş açıb.
Qəzetin sorğusuna cavab olaraq FİFA şərh verməkdən imtina edib.
İnfantino martın 16-da Kiqalidə (Ruanda) keçiriləcək FİFA prezident seçkilərinə qədər prosesi başa çatdırmağa ümid edir. O, yeganə namizəddir.
Qeyd edək ki, Canni İnfantinonun 52 yaşı var. O, 2000-2016-cı illərdə Avropa Futbol Assosiasiyaları İttifaqında (UEFA) çalışıb. Bu qurumdakı fəaliyyətinin son yeddi ilində İnfantino UEFA-nın baş katibi vəzifəsində çalışıb.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi