FIFA sosial şəbəkələrdə futbolçuları təhqirlərdən qoruyan xidməti işə saldı
FIFA 2022-ci il futbol üzrə dünya çempionatı zamanı kiberbullinqlə mübarizə üzrə xidmətini işə salır.
KONKRET.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib.
"FIFA oyunçuların öz bacarıqlarını ortaya qoya bilmələri üçün onlara ən yaxşı səviyyədə şərait yaratmağa çalışır.
2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatında biz oyunçuları sosial şəbəkələrdə yazılan şərhlərin mənfi nəticələrindən qorumağa kömək edəcək müvafiq xidməti işə salacağıq", – deyə Canni İnfantino bildirib.
Sosial şəbəkələrin dəstək xidməti oyunçuların matçlardan sonra müəyyən müddət ərzində təhqiredici mesajları görməsinin qarşısını alacaq.
FIFA bütün dünya çempionatı iştirakçılarının sosial media hesablarını təhqir və təhdidlər baxımından nəzarətdə saxlayacaq. Pozuntular olduğu halda bu barədə sosial şəbəkələrin idarəçilərinə və hüquq-mühafizə orqanlarına məlumat verəcək.
Qətər-2022-də komandalar, oyunçular və digər fərdi iştirakçılar da bu moderator xidmətini aktivləşdirə biləcəklər. Təhqir dolu şərhləri gizləyən bu xidmət sayəsində şərhlərin ünvanlandığı şəxslər və onların izləyiciləri bu şərhləri görməyəcəklər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir