Filmlə bağlı qonorarların verilməsi qaydalarında dəyişiklik edildi
Dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi qaydalarına dəyişiklik edilib.
azxeber.com xəbər verir ki, Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına 10 nömrəli əlavə – "Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları" Mədəniyyət Nazirliyi tərəfindən yeni redaksiyada hazırlanıb və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib.
Qeyd edək ki, filmlərin yaradıcılarına ödənilməli olan minimum müəllif qonorarlarının, quruluş haqlarının və digər haqların miqdarının denominasiyadan sonrakı məbləğlərə uyğunlaşdırılması zamanı istehsal olunan audiovizual əsərlərin diversifikasiyası şəraitində fərqli təcrübə və biliklər, mədəniyyət sahəsindəki nailiyyətlər, peşəkarlıq və yaradılacaq əsərlərin mürəkkəbliyi əsas götürüləcək. Bundan əlavə, müəlliflərin ədalətli mükafatlandırılması, müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yaranan münasibətlərin müasir tələblərə uyğun şəkildə tənzimlənməsi həyata keçiriləcək.
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Tanınmış həkim həbs olundu