Flora Kərimova icra başçısına səsləndi: Psixoloji problemi var idisə, daha həssas yanaşmalı idiniz

Flora Kərimova icra başçısına səsləndi: Psixoloji problemi var idisə, daha həssas yanaşmalı idiniz"Qurban olum sizə, millət, bu nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir Vətən oğlu niyə çörək üçün balasından utanıb özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?"
azxeber.com xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb. 
O intihar edən qazi haqda danışıb: 
"O igid müharibədə qardaş, yoldaş, sirdaş itkisi görmüş biridir. İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havaya qədər bu oğullara borcluyuq. Niyə axı Şuşaya, Kəlbəcərə getməkdən ötrü dava edirik, növbə tuturuq, bir həyatı xilas edə bilmirik? Çətin idi bir insanı razı salmaq? O torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysım axı?! Bilmirəm!"
Flora Kərimova icra başçısı haqda da fikirlərini qeyd edib:
"Bir intihar, beş intihar, yetmədimi? Bəs etmədi bu torpaq üçün şəhid olan 4000 şəhidin qanı ki, yarıcan canları ilə ələşən qazilər də "qurban" olsun?! İcra başçı deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o özünü öldürüb bu boyda zillətlə sizə - canına qıymağa vadar edənlərə həvalə etdi?! Psixoloji problemləri var idisə, daha həssas olmalı idiniz. Kimisə durduq yerə linç edə biləcək vicdan sahibi deyiləm. Bəsdirin, millətin hissiyatı ilə oynadınız. Sizin bir addımınızın əks-sədası hara qədər qalxır, özünüzü yaxşı bilirsiniz. Amma görürəm, bacardığınız qədər millətin qeyrətini, vicdanını sınağa çəkirsiniz". 
"Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq. Məni daha çox utandıran odur ki, bu gün bizlər üçün canını fəda edən birinin həyatın qurtara bilərdik. Bilərdik, tək mən yox, hamımız!", deyə xalq artisti əlavə edib.
Aydın Nuri

Sosial       Tarix: 13 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler beynelxalq bank mezenne xəbər az xəbər.az