Formula 1-də bir komanda azala bilər
Formula 1 komandası "Aston Martin" 2026-cı il dünya çempionatının ilk mərhələsində, yəni martın 8-də Melburnda keçiriləcək Avstraliya Qran-prisində iştirak etməyə bilər. Buna səbəb "Honda" mühərrikində yaranmış ciddi problemlərdir.
KONKRET.az Formula 1-in rəsmi saytına istinadla xəbər verir ki, komandanın rəhbəri Edrian Nyui bu barədə ilk iki məşq sessiyasından sonra məlumat verib. Onun sözlərinə görə, vəziyyət əvvəl güman ediləndən daha mürəkkəbdir. Komanda təsnifat mərhələsində və ya hətta yarışın özündə iştirakdan imtina edə bilər.
Daha əvvəl "Aston Martin" komandasından bildirilib ki, pilotlar Fernando Alonso və Lens Stroll yalnız müqavilə öhdəliklərini yerinə yetirmək üçün bir neçə dövrə vura bilərlər. Əsas problem hibrid güc qurğusunun qidalanma sistemindəki nasazlıqlarla bağlıdır.
L.Strollun sözlərinə görə, bolidi idarə edərkən güclü vibrasiya yaranır və bu, elektrik cərəyanı zərbəsi hissi yaradır. Nəticədə pilotun əllərində narahatlıq yaranır. Həkimlər belə yüklənmələrin sinir uclarına mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
E.Nyui qeyd edib ki, komanda Melburn mərhələsinə iki bolid üçün dörd akkumulyator gətirib. Lakin onlardan ikisi artıq sıradan çıxıb. Qalan akkumulyatorlar da nasaz olarsa, onları əvəz etmək mümkün olmayacaq, çünki "Honda"nın ehtiyat hissələri yoxdur.
Pilot vurğulayıb ki, komanda güc qurğusundakı problemlər barədə yalnız ötən ilin noyabrında məlumat əldə edib. Onun sözlərinə görə, Yaponiyada mühərrikin hazırlanması üçün lazımi mütəxəssislər komandası vaxtında formalaşdırılmayıb.
E.Nyui Formula 1 tarixinin ən uğurlu mühəndislərindən biri hesab olunur. Onun hazırladığı bolidlər pilotları 12 dəfə dünya çempionluğuna kimi aparıb. O, ötən il "Aston Martin"ə keçib və komanda rəhbərliyi çempionatda mövqelərin gücləndirilməsi ilə bağlı ümidlərini ona bağlayıb.
Bununla belə, E.Nyui bildirib ki, hazırkı mərhələdə əsas vəzifə bolidin yarışın bütün məsafəsini etibarlı şəkildə qət etməsini təmin etməkdir.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi-2026-ya hazırlıq çərçivəsində bu yaxınlarda paddokun bərpasına başlanılıb.
Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək. Dünyanın ən böyük avtoyarışlarından biri yenidən on minlərlə tamaşaçının iştirakı ilə Bakıya həyəcanlı yarış anları bəxş edəcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA