"Formula 1" üzrə Azərbaycan Qran-prisi bu gün bitir

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.
Ötən gün sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen birinci olub. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. "Mercedes"dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb.
Bu gün "Formula 2″də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:00-da başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni "Dams Lukas Oil"dən Cek Krouford göstərib.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı səkkiz turnir Azərbaycan Qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə "Maklaren"dən Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.
Azərbaycan Qran-prisinədək "Maklaren" pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, "Red Bull"dan Maks Ferstappen (230 xal) üçüncüdür.
Konstruktorlar Kubokunda isə "Maklaren" liderdir – 617 xal. "Ferrari" ikinci (280 xal), "Mersedes" (260 xal) üçüncü pillədə qərarlaşıb.

İdman       Tarix: 23 sentyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək

UEFA Millətlər Liqasının qrup mərhələsində IV turun növbəti oyunları bu gün keçiriləcək. xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Turun mərkəzi matçlarında A Liqasının 1-ci qrupunda Frans


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az