Franko Foda: "Evdə "Qarabağ"a qarşı daha aqressiv oynayacağıq"
"Qarabağ" evdə çox güclü idi. İkinci hissədə topa sahib olduğumuz zaman xeyli fəallaşdıq. Doğma meydanda daha aqressiv oynamaq və şanslarından səmərəli istifadə etmək istəyirik".
KONKRET.az xəbər verir ki, bunu İsveçrənin "Sürix" komandasının baş məşqçisi Franko Foda evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
Avstriyalı mütəxəssis növbəti raunda adlamaq və avrokubokların qruplarına düşmək istədiklərini bildirib: "Hazırda belə bir imkanımız var. Təbii ki, müəyyən gərginlik hiss edirik. Amma azarkeşlərimizin qarşısında daha motivasiyalı oynayacağıq".
Qeyd edək ki, iyulun 27-də oynanılacaq "Sürix" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu