Fransa erməniəsilli rusiyalı biznesmenin villasına həbs qoyub

Fransa erməniəsilli rusiyalı biznesmenin villasına həbs qoyubFransa məhkəməsi Rokbryun-Kap-Marten kurortunda yerləşən və rəsmi olaraq erməniəsilli rusiyalı biznesmen, "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyana məxsus villanın mülkiyyət hüququnu dondurub.
KONKRET.az Fransa mediasına istinadən xəbər verir ki, məhkəmə ittihamçıları bu mülkiyyətin əsl benefisiarının Rusiyanın neft-qaz nəhəngi "Qazprom"un törəmə şirkəti olduğuni iddia edib.
Bu fakt Paris prokurorluğunun mütəşəkkil cinayətkarlığa qarşı  mübarizə bölməsinin (Junalco) 2009-cu il dekabrın 11-dən çirkli pulların yuyulmasına görə Paris, Kipr, Rusiya və Rokbryun-kap-Martendə araşdırma aparması nəticəsində meydana çıxıb.
Məlum olub ki, 2016-cı ildə "Qazprom"un neft törəmə şirkəti olan "Qazprom Neft" villanı Samvel Karapetyana satıb. Lakin villanın faktiki olaraq "Qazprom Neft"in nəzarətindən çıxmadığını göstərən bir çox faktlar üzə çıxıb.
Sənədlərə görə, Samvel Karapetyan "Qazprombank"ın verdiyi 115 milyon avro kredit hesabına "Qazprom Neft"dən daşınmaz əmlak sahibi olan "Maritime Villa Holding SNC" şirkətinin səhmlərini alıb. "Qazprom Neft" isə "Qazprom"a və  Rusiya prezidenti Vladimir Putinin yaxın dostu sayılan Yuri Kovalçuka məxsusdur.
"Forbes" jurnalı Samvel Karapetyanın sərvətini 2,7 milyard dollar dəyərində qiymətləndirir. O, biznesdəki uğurlarının böyük hissəsini "Qazprom"dan aldığı çoxsaylı müqavilələrə borcludur.
Yerli əhali arasında Villa del Mare kimi tanınan villa 3 hektarlıq ərazidə yerləşir. Obyektə çoxmərtəbəli əsas binadan əlavə, üç hovuz, tennis kortu və helikopter meydançası da daxildir. Bu əmlakın ümumi dəyəri 120 milyon avro olaraq qiymətləndirilir.
Bu hadisə Fransanın ədliyyə sisteminin Ukraynada müharibə başlayandan bəri ən böyük payı ələ keçirməsi kimi qiymətləndirilib.
Xatirə SADİQ,
KONKRET.az

Hadisə       Tarix: 21 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Fuad Nəcəfli uzun müddət sonra göründü - FOTO

Fuad Nəcəfli uzun müddət sonra görünüb. . KONKRET.azmansetaz-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Prezidentin keçmiş səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Bakıda toy mərasimlərindən birində görünüb

Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri eti

Bakıda baş redaktor həbs edildi - Foto

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib. KONKRET. -a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul almas

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Astarada mikroavtobus aşdı: xəsarət alanlar var

Astarada sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. KONKRET.azxəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib. Deqədi-Astara istiqamətində hərəkətdə olan "Qazel" markalı marşrut avtobusu Deqədi kənd

Yaşayış kompleksində güclü yanğın: 14 ölü

Çinin Şansi əyalətinin Taiyuan şəhərindəki yaşayış kompleksində güclü yanğın baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd olunub ki, yanğın nəticəsində 14 nəfər ölüb. Hadisənin təfərrüat

Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

Noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyiti tapılıb. KONKRET.azxəbər verir ki, "Qafqazinfo"nu

Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı

Nərimanov rayonunda yerləşən kafelərdən birində baş vermiş insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, cinayət əməlini törədən daha 3 nəfər – Y.Cəbiyev, Ə.Hüseyno

Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,6 maqnitulalı zəlzələ olub. xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkan Adana vilayətinin Kozana rayonu ərazisində qeydə alınıb. Zəlzələni


son xeberler yeni xeberler azerbaycan xeberleri enson xeberler son xeber az en son xeberleri sou biznes