Fransa Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmayacaq
Fransa Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmayacaq.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə dövlət katibi Klement Bon bildirib.
O, RTL radiosunun efirində deyib: "Oyunlarda idman naziri Roksana Marasineanu da iştirak edəcək. O, yəqin ki, açılış mərasimində olmayacaq, amma olimpiada zamanı idmançılarımızı dəstəkləməyə gələcək".
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron fevralın 4-də Pekində başlayacaq Olimpiadanın diplomatik şəkildə boykot edilməsi ideyasını mənasız hesab etdiyini söyləyib.
ABŞ və bir sıra başqa ölkələr Çində insan hüquqlarının vəziyyətinə etiraz etmək üçün boykot qərarına gəliblər.
Diplomatik boykot ölkənin Oyunlara hökumət nümayəndə heyətini göndərməməsi deməkdir. Eyni zamanda, idmançılar yarışlarda iştirak edirlər.
2022-ci il Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
SENSASİYA: Ərdoğan görün Zelenskiyə nə təklif etdi
Paşinyan: "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq"
"Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq" - Simonyan
Tramp İrana bu qədər vaxt verdi: "Əgər razı olmasa, yer üzündən siliəcəyik"
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi
Yazın ən şanslı bürcləri açıqlandı - Milyonluq fürsət, sevgi və səyahət
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub
"Azeri Light"ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
"Azeri Light" bahalaşdı
Unibank 5 nominasiya üzrə qalib oldu
"Real" son dəqiqə qolu ilə məğlub oldu
Dizel kəskin bahalaşdı - Qiymət artımı dünya bazarı ilə əlaqələndirilir
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı