Futbol azerkeşləri arasında kütləvi DAVA
Yunanıstanda futbol azerkeşləri arasında kütləvi dava olub.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT televiziyası məlumat yayıb.
Paytaxt Afinanın Nea Filadelfiya bölgəsində Yunanıstanın AEK və Zaqreb "Dinamo"sunun azarkeşləri arasında baş verən dava bir nəfərin ölümü, 8 nəfərin isə yaralanması ilə nəticələnib.
Davada ölən azarkeşin 22 yaşı olub. O, çoxsaylı bıçaq zərbələri alıb. Yaralananların 4-ü yunan, digər 4 nəfəri isə xorvatdır. Zərərçəkənlər arasında başından daşla vurulan azyaşlı da var. Yaralılar xəstəxanaya yerləşdirilib.
İnsidentlə əlaqədar 96 nəfər saxlanılıb.
"Həbs olunanlar arasında 82 xorvat, bir avstriyalı, bir bosniyalı, bir alban, bir alman və iki yunan var", – ERT xəbər verib.
Zaqreb "Dinamo"sunun azarkeşləri UEFA-nın AEK ilə oyunda iştiraka qadağa qoymasına baxmayaraq, Yunanıstana yollanıb. 150-200 nəfərlik azarkeş qrupu avtomobillə Yunanıstana keçib. Onlar rəqib komandanın azarkeşləri kimi özlərini təqdim edərək, stadiona daxil olublar.//modern
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi