Futbol üzrə DÇ-də SİYASİ MÜBARİZƏ - Fransa UDUZUR

Futbol üzrə DÇ-də SİYASİ MÜBARİZƏ - Fransa UDUZURBəlkə də nə vaxtsa beynəlxalq müsabiqələrin siyasətlə əlaqəsi olmayıb. Lakin hazırda bunu söyləmək bir növ yalançılıqdır. Avroviziya mahnı müsabiqəsindən hamı xəbərdardır. Daha çox insanın izlədiyi futbol üzrə dünya çempionatı isə daha mürəkkəb geosiyasət meydançasıdır.
KONKRET.az xəbər verir ki, dünyada mürəkkəb siyasi gedişlər izlənilir və proses mübarizə həddindədir. Məxfi idarəçiliyə inananlar bunu London və Paris masson lojolarının liderlik savaşı, politoloqlar isə dünyada qütbləşmənin getdiyi iddiasındadırlar:
– Böyük Britaniya, ABŞ;
– Fransa, Rusiya;
Neytrallığını qoruyanlar uğrunda da mübarizə gedir:
– Çin, Türkiyə, İtaliya;
Bəlkə də elə buna görə, İtaliya dünya çempionatında yoxdur. Mifologiya fanatları bunu massonların oyununda illüminatların neytrallığı kimi dəyərləndirir.
Dünya güclərinin Qətər döyüşü
2018-ci ildə Fransa Rusiyada təşkil olunan, yaxud təşkil etdiyi dünya çempionatını qazandı. Qətərin namizədliyinin də Sarkozi-Platini layihəsi olduğu üçün fransızlar növbəti mundialın keçirilmə yeri ilə bağlı istədiklərinə nail oldular. Rusiyanı Qətərə gətirə bilməməklə isə ingilislərlə hesabda geri düşdü. Hazırda qrup mərhələsinin sonuncu oyunları keçirilir və sanki qrup liderləri finallara öz müttəfiq, ya da koloniyası olmuş ölkəni çıxartmaq istəyirlər:
– Qətər qrupda qaldı;
Qrupdan çıxan Seneqal da Fransa koloniyası olub.
– İran qrupda qaldı;
İngiltərə və ABŞ qrupdan çıxdı.
– Tunis qrupda qaldı;
Avstraliya qrupdan çıxdı.
Hər 3 komandanın qrupda qalması fransızların xeyrinə deyildi də demək olar, onlara sərf eləmirdi də. Qətərlə bazarlıqları barədə yuxarıda məlumat verdim, İran molla rejiminin Fransa layihəsi olduğu haqda çox yazmışıq. Tunis də Paris koloniyası olub. Fransanın Tunislə eyni qrupda yer alması ərəblərin növbəti mərhələyə keçidini təmin edə bilərdi. Sanki amerikanlarla ingilislər dünya ağalığına çalışan Fransaya qulaqburması verdilər və Avstraliyanı fransızlarla eyni xalla qrup ikincisi etdilər. Dünənki oyuna baxanlar da bilir ki, Fransa yığması Tunisə qarşı 60 dəqiqə səmimi top qovmayıb. Paralel oyunda avstraliyalılar hesabı açandan sonra Antuanlar əl-ayağa düşüb ərəblərə qol vurmağa çalışdılar ki, sonda buna nail oldular. Di gəl ki, sayılmadı.
Fransızlar hələ ki, ingilislərə uduzurlar. Amma bu gün saat 19:00-da başlayan oyunlarla hesabı bərabərləşdirə bilərlər. Bunun üçün Belçika Xorvatiya üzərində qələbə qazanmalı, Mərakeş isə Kanadaya uduzmamalıdır.
Anar Rəhimov,
KONKRET.az

İdman       Tarix: 02 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər valyuta mezennesi sou xeberler ən son xeberler